Cümə axşamı , 19 Fevral 2026

hadisə

Qobustan həbsxanasına poçt vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu barədə Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova …

Read More »

Azərbaycanda polis əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub. Boyukmillet.com xəbər verir ki, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev və xəsarət alan 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları imiş. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş …

Read More »

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Səma” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən …

Read More »

Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərarların sayı açıqlanıb

“Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun ali­liyi və birbaşa qüvvəsi, respublika­mızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, ötən illər ərzində məhkəmə, ümumilikdə, 476 qərar və 130 qərardad qəbul …

Read More »

Məhkəmə tanınmış telejurnalistin həkimə qarşı iddiasını təmin etməyib

Nərimanov Rayon Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həkim Araz Bayramova qarşı iddiası üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, telejurnalistin iddiası təmin edilməyib. O, qərardan narazı qalıb və apellyasiya şikayəti verib. G.Gözəlovanın sözlərinə görə, vəkili Elçin Sadıqov oktyabrın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başqa bir cinayət …

Read More »

Bakıda 30 yaşlı şəxs “Tik-Tok”da yazdığı nalayiq ifadələrə görə qətlə yetirilib

Noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında …

Read More »

Ombudsman: “Azərbaycanda məhkum olunan erməni hərbçilərin heç bir şikayəti yoxdur”

“Ombudsman Aparatının əməkdaşları Azərbaycanda məhkum olunan erməni hərbçilərə baş çəkib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. O bildirib ki, erməni məhkumların saxlanma şəraiti, tibbi yardımla təmin olunmaları və digər məsələlər diqqətdə saxlanılır: “Ombudsman Aparatının əməkdaşları onlara baş çəkib, heç bir şikayətləri yoxdur”.

Read More »

Kamran Əliyev Türk Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Baş prokuroru Kamran Əliyev noyabrın 5-də ölkəmizdə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonağı salamlayan Baş prokuror Azərbaycanla Türk Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə …

Read More »

Tanınmış YAP-çı qadın tutuldu

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Boyukmillet.com xəbər verir ki, o, məhkəmənin qərarı ilə, həbs edilib. Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub. O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

Read More »

FHN-də Zəfər Gününə həsr olunan tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib. Boyukmillet.com “Report” -a istinadən xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, Vətən müharibəsində döyüşmüş FHN əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və …

Read More »