Çərşənbə axşamı , 1 Aprel 2025

hadisə

5 evdən oğurluq edən usta tutuldu – FOTO

Qusarda beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib. Araşdırmalarla məlum olub ki, B.Bağırov bir müddət əvvəl Qusar rayonuna usta kimi işləməyə gəlib. Daha sonra isə o, rayon ərazisində beş evə qanunsuz daxil olaraq, …

Read More »

DİN: Yol qəzalarında 6 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Böyükmillet.com xəbər verir ki, iyulun 7-də törədilən 15 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 5 …

Read More »

Bakıda narkotik istifadəçisi həbs edildi

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifov ətrafında aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə onun qanunsuz narkotik istifadəçisi olması aşkarlanıb. Onun barəsində toplanmış matereallar rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq …

Read More »

Avtomobili yüksək sürətlə idarə edən qadın sürücü saxlanılıb

Sosial şəbəkələrdə 90-PB-038 dövlət nömrə nişanlı, “KIA Optima” markalı avtomobilin sürücüsünün saatda 60 kilometr sürət həddinin müəyyənləşdirildiyi yolda 120-180 kilometr-saat sürətlə hərəkətdə olmasını əks etdirən video çəkib yayımlaması ilə əlaqədar araşdırmalar aparılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Open.az-a bildirib ki, süjetlə bağlı ətraflı araşdırmalardan sonra inzibati xəta tərkibi yarandığı təsdiqini tapıb. Həmin sürücü …

Read More »

Sabirabadda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Sabirabadda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Böyükmillet.com xəbər verir ki, hadisə ötən gün axşam baş verib. Belə ki, “Shagman” yük maşını ilə “Toyota Prado” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər – Hüseynov Azər Şakir oğlu və Nigar Məmmədova ölüb. Qeyd edək ki, qəzada ölən A.Hüseynov Sabirabad rayon Mədəniyyət evinin əməkdaşıdır.  Qəza zamanı xəsarət alan …

Read More »

Azərbaycanda xüsusi icazə alıb oğurluğa getdilər – FOTO

Qubada xüsusi icazədən istifadə edən oğurar saxlanılıblar.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki şəxs tutulub.Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Məlum olub ki, həmin şəxslər …

Read More »

Bakıda 30 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet. com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1990-cı il təvəllüdlü Ağayev Nurlan Akif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Yaralıya qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Read More »

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını aldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kq-a yaxın at əti aşkarlayıb. …

Read More »

Qonaq getdiyi evdə özünü asdı

Saatlıda intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qıraqlı kəndində qeydə alınıb. Belə ki, rayonun Mollavazlı kənd sakini, 1967-ci il təvəllüdlü Rövşən Baladayı oğlu Əliyev qonaq getdiyi evdə özünü asaraq intihar edib.

Read More »

17 yaşlı oğlan Kürdə batdı

17 yaşlı oğlan Kürdə batıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlu batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Read More »