Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb. Boyukmillet.com xəbər verir ki, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, o, sentyabrın 24-də batmışdı.
Read More »Türkiyə və Rusiyaya məxsus yük gəmiləri toqquşub
İstanbul boğazında Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb. Bildirilib ki, Kocaelidən Ergeliyə hərəkət edən 90 metr uzunluğunda “Tahsin İmamoğlu” gəmisi Rusiyaya gedən 128 metr uzunluğundakı “RUSİCH 10” gəmisi ilə Yeniköyün qarşısında toqquşub. Hadisə yerinə xilasedicilər göndərilib.
Read More »Bakıda qazinin pulu və medalı oğurlanıb
Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin (DİN) “102″ Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3 750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü …
Read More »Moskvada Hərbi Universitetin binasında yanğın olub, 2 nəfər yaralanıb
Rusiya paytaxtı Moskvada Hərbi Universitetin ərazisində baş verən yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı xəsarət alıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib. Məlumata görə, binadan 100 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 209 əməkdaş və 72 texnika cəlb olunub. Bildirilib ki, yanğın 1000 kv.m. sahəni əhatə edib. Yanğının səbəbi araşdırılır.
Read More »MTN generalı və digərlərinə 835 min manatlıq iddia qaldırılıb
Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə elan olunub ki, zərərçəkmiş Mirzəli …
Read More »Bərdədə “patı” və heroin satan şəxslər saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rauf Qaraşov və Həsən Ravəndi saxlanılıb. Onların üzərində aparılan şəxsi axtarış …
Read More »DSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar var
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, cari ilin sentyabr ayının 21-də DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb. Salyan rayonu istiqamətindən …
Read More »Bakıda daha bir xəstəxananın həkimlərinə cinayət işi açılıb
Maştağa qəsəbəsində yerləşən “7 №-li Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxsdə COVID-19 əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla ilə qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə …
Read More »Azərbaycanda şəhid anasını oğlunun sağ olduğuna inandıraraq aldadan şəxslər saxlanılıb
Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə əlaqədar zəruri əməliyyat tədbirlərinə başlanılıb. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, araşdırma zamanı həmin şəhidin döyüşlərdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də, dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu “falçı”lara …
Read More »Baş Prokurorluq: “Bu il 100 iş təkrar istintaqa qaytarılıb”
Bu ilin yanvar-avqust ayları ərzində respublikanın istintaq (təhqiqat) qurumları üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar