Türkiyənin İstanbul şəhərində PKK əleyhinə antiterror əməliyyatı keçirilib. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Bildirilir ki, polisin keçirdiyi xüsusi əməliyyata havadan da helikopter vasitəsilə dəstək verilib. Əməliyyat zamanı 14 ünvanda axtarışlar aparılıb. Esenyurt və Küçükçekmece rayonlarında saxlanılan 1 şübhəli şəxsin evində müxtəlif sənədlər müsadirə olunub. DHA-nın məlumatına görə, iki rayonda keçirilən əməliyyat zamanı ümumilikdə 11 nəfər şübhəli şəxs …
Read More »İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, fevral 23-də axşam saat 11 radələrində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalarla …
Read More »Qarda yıxılaraq xəsarət alanların sayı 64-ə çatıb
Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.
Read More »Daha bir Vətən müharibəsi iştirakçısı intihar etdi – FOTO
Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib. Boyukmillet.com unikal.org-a istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib. Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu. Yardımlı rayon Polis Şöbəsindən …
Read More »BNA: Paytaxtda avtobusların aralıq dayanacaqlarda saxlamasına qərar verilib
Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.
Read More »Bakıda 28 yaşlı piyadanı avtomobil vurdu
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Belə ki, 28 yaşlı Cəfərov Ceyhun Mübariz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.
Read More »Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı
Bakıda 20 yaşlı qızın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sevil Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi …
Read More »Abşeronda quldurluq cinayətləri edən şəxslər saxlanıldı
Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün bir nəfər şəxsə qarşı quldurluq ediblər. Hadisə zamanı dəstə üzvləri zərərçəkəni Xırdalan şəhəri ərazisinə gətirərək orada ona vintaçanla xəsarət yetirib 105 manatını və mobil telefonunu ələ keçiriblər. Abşeron Rayon Polis İdarəsinə …
Read More »Tələbəni təhqir etdiyi deyilən direktor: “O sözün mənasını indi öyrənirəm”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Bununla bağlı açıqlama verən N.Qaralova indiyədək heç kimi təhqir etmədiyini bildirib: “Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm …
Read More »Bakıda İran vətəndaşı özünü 6-cı mərtəbədən atıb
Bakıda xarici vətəndaş intihar edib. Boyukmillet.com-un xəbərinə görə, Nəsimi rayonundakı çoxmərtəbəli binalardan birində yaşayan İran vətəndaşı, 22 yaşlı Zand Sina özünü 6-cı mərtəbədən atıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
