Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Məlumata əsasən, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar …
Read More »Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək – RƏSMİ
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib. İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb: “Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da …
Read More »Baş Prokurorluğun idarə rəisi: Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb
Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, iyunun 27-də Azərbaycan vətəndaşlarını Rusiyanın hüquq-mühafizə orqanlarının qətlə yetirməsi faktı ilə bağlı araşadırma başlanılıb: “İlkin …
Read More »DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb – VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, onlar Rusiya vətəndaşlarıdır. Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Read More »Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 26-sı saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni …
Read More »Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib, daha bir nəfər saxlanılıb
İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan …
Read More »Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək. Report-un Rusiya bürosunun məlumatına görə, proses yerli vaxtla saat 11:00-a təyin olunub. Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb. Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır və hazırda …
Read More »Hacı Vəliyevin işgəncəyə məruz qaldığı bildirilir
Onun baş nahiyəsindən xəsarət aldığı deyilir Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə məlumatı yaxınları verib. Onların sözlərinə görə, Hacı Vəliyev ailəsi ilə telefon əlaqəsi zamanı baş nahiyəsindən xəsarət aldığını bildirib. Bu səbəbdən onun danışmaqda çətinlik çəkdiyi qeyd edilib. Yaxınları onun vəziyyətindən …
Read More »Kinostudiyada baş verən partlayışda tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib – RƏSMİ
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən …
Read More »“Azərbaycanfilm” kinostudiyasında baş verən yanğının səbəbləri araşdırılır
“Azərbaycanfilm” kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb. Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar