Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, birgə məlumatda mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işinin başlandığı və intensiv ibtidai istintaq tədbirlərinin aparıldığı qeyd olunub. Bildirilib ki, hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və …
Read More »Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olunub
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhali qətlə yetirməsini əks etdirən sənədləri məhkəmədə tədqiq olunub. Boyukmillet.com-un məlumatına görə, hesabatda bildirilir ki, Ermənistan ordusu Azərbaycanın mülkü əhalisini Qarabağda ələ keçirdiyi bütün ərazilərdən qovub, onlar mülkü əhalini girov götürüb, qaçıb canını qurtarmağa çalışarkən insanları …
Read More »Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək. Bu barədə Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib. O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: “İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək”. Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci …
Read More »Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Ermənistan ordusunun işğal və mülki əhalinin qətliamı faktları ilə bağlı ifadələr dinlənilib Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın …
Read More »İstintaq təcridxanasına diş pastasının içərisində narkotik keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub. Faktla bağlı araşdırma aparılır. “Cəzaçəkmə …
Read More »Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlayıb
Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı İsmayıl Rafail oğlu Zamanlı barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com -un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub. Məhkəmənin növbəti …
Read More »Məhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb
“Gənc Qazilər” İctimai Birliyinin sədrinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb Bu gün, mayın 14-də Xətai rayon Məhkəməsində həbsdə olan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Hacı Vəliyevin vəsatəti təmin olunmayıb, o, həbsdə saxlanılıb. Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş …
Read More »“Melissa Group” tikinti şirkətinin rəhbəri ev dustaqlığına buraxılıb
Tikinti şirkətinin rəhbəri Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilmişdi Xətai rayon Məhkəməsində Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb. “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib …
Read More »Qalmaqal: İddia olunan dələduzluq faktı ilə bağlı şikayət daxil olub – “Paşa Sığorta” əməkdaşının adı hallanır
Avtomobil alqı-satqısı ilə bağlı qalmaqallı iddia gündəmə gəlib. Boyukmillet.com xəbər verir ki, şikayətçi Ruzi Ağababa oğlu Kərəmli “Sosialmedia.az”-a müraciət edərək Mehbarə İlham qızı Rəhimovanın (bəzi sənədlərdə İlhamə İlham qızı Rəhimova kimi göstərilir) onu aldadaraq dələduzluq əməlinə yol verdiyini iddia edib.Şikayətçinin sözlərinə görə, 25 fevral 2025-ci il tarixində Mehbarə Rəhimova ona məxsus “Mercedes Benz 350” markalı minik avtomobilini 10 min manat qarşılığında …
Read More »“Meydan TV işi”ndəki müstəntiqin adı rüşvətdə hallanır
23 yaşlı müstəntiq Meydan TV əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvüdür Turizm sahəsində çalışan Leyla İbrahimova Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) təzyiqə məruz qaldığını deyir. Səbəb isə saxta ittihamı rədd etməsidir. Xətai Rayon Məhkəməsinin 25 aprel 2025-cil il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2, (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə təqsirləndirilən Leyla …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar