Cümə axşamı , 19 Fevral 2026

hadisə

Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: İstənilən adamın telefonuna giriş edə bilərdik

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Boyukmillet.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. İttiham aktına əsasən , “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi …

Read More »

Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq …

Read More »

Ötən gün 42 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 3-də ümumi çəkisi 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Read More »

Bakıda şəhidin ata-anası evdə dəm qazından zəhərlənərək ölüblər

Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni – atası Məcnun Ağayev və anası Gülnaz Ağayeva Bakıda yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Boyukmillet.com – un xəbərinə görə, bu barədə Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb. O, bildirib ki, hadisə dünən axşam Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Qeyd edək ki, V.Ağayev 1996-cı ilin sentyabrın …

Read More »

Perinatal Mərkəzin keçmiş direktoru 7 uşağın ölümü ilə nəticələnən yanğına görə özünü təqsirli bilməyib

O, baş verənlərdə TƏBİB-i günahlandırıb Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvarında Respublika Perinatal Mərkəziində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə işi davam edir. Məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abbasquliyeva və şöbə müdirləri dayanıb. Onların hər biri ev dustaqlığındadır. Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. Martın 3-də keçirilən məhkəmə iclasında Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan …

Read More »

Ötən ay başqasının sənədi ilə sərhədi keçmək istəyən 9 nəfər saxlanılıb

Ötən ay dövlət sərhədini özgəsinə məxsus sənədlə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 779 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb: “Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 298 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 397 nəfərin ölkəni tərk etməsinin, girişi …

Read More »

Qazaxıstan “AZAL”ın qəzaya uğrayan təyyarəsilə bağlı şəffaf istintaqın aparılmasını dəstəkləyir

Qazaxıstan Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı obyektiv və şəffaf araşdırmanın tərəfdarıdır. Boyukmillet.com-un məlumatına görə, bunu “RİA Novosti”yə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib. “Gizlədəcək heç nəyimiz yoxdur, biz obyektiv və şəffaf istintaqın tərəfdarıyıq”, – deyə, o bildirib. D. Abayev qeyd edib ki, araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Braziliya …

Read More »

Avropa Məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edib

Jurnalist Əfqan Sadıqov aclıq aksiyasını dayandırmaq qərarına gəlib Avropa İnsan Haqları Məhkəməsi Sosial Ədalət Mərkəzinin xahişini tam təmin edərək, jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırıb. Bu haqda mərkəzin direktoru Tamta Mikeladze özünün “Facebook” səhifəsində yazıb: “Daha doğrusu, Avropa Məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edilənə qədər Gürcüstana jurnalistin Azərbaycana ekstradisiyasını qadağan edib. Bildiyiniz kimi, Avropa Məhkəməsində bir işə baxılması bəzən illər …

Read More »

Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Qaradağ rayonunda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. …

Read More »

Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir

Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir. Məlumata görə, Xəzər rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş İbrahim oğlu Kərimov və Səbail rayon sakini, 1982-ci il təvəllüdlü Sadiq Əzizxan oğlu Səmədov spirtli içkidən zəhərlənərək ölüb. Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib. …

Read More »