Ölkəmizdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, şəxsi mülkiyyətin qorunması üzrə önəmli tədbirlər görülür. Təkcə 2023-cü il ərzində 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub. Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Ədliyyə Nazirliyi tərəfindən …
Read More »Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib. Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib. Nazirlik tərəfindən həmin şəxsin …
Read More »Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapılıb
İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, 1 kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub. Bu istiqamətdə …
Read More »Lənkəranda avtomobildən külli miqdarda narkotik aşkarlanıb, 3 nəfər həbs edilib
Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən “BMW” markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılıb. Keçirilən baxış zamanı avtomobilin …
Read More »Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb
Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. “Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət …
Read More »Xankəndidə silah-sursat tapılıb
Polis əməkdaşları keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndidə silah-sursat tapıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, şəhər ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bundan başqa, ölkə …
Read More »Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb. …
Read More »Bakıda vətəndaşlardan 10 silah götürülüb
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları son bir neçə gün ərzində keçirilən tədbirlərlə Bakıda vətəndaşlardan 10 silah götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib. Belə …
Read More »İranla dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb
İrandan Azərbaycana keçib, dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, yanvar ayının 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.Fakt üzrə üzrə əməliyyаt-istintaq …
Read More »