Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirova hökm oxunub. Boyumillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Rəşad Əhmədov 18 il, Rövşən Əmirov isə 17 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, R.Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının …
Read More »MN-dəki 143 milyonluq cinayət işi: Üç il ərzində İşlər İdarəsinə 16 milyon manat əsassız ödəniş edilib
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi …
Read More »ANAMA sədri: Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub
Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub. Bu sözləri “Report”un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşına Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O bildirib ki, bu gün Minalardan və Partlamamış Hərbi Sursatlardan Təmizləmə üzrə İşçi qrupunun səyyar iclası Laçın şəhərində baş tutacaq: “Laçına gedərkən əməliyyat sahələrinə baş çəkdik. Hazırda Cəbrayıl rayonunun Sarıcallı kəndi ərazisində …
Read More »Cəbrayıl rayonunda altı ay ərzində 208 min 790 kvadratmetr ərazi itlə təmizlənib
Cəbrayıl rayonunda altı ay ərzində 208 min 790 kvadratmetr ərazi itlə təmizlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Cəbrayıl ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq zamanı məlumat verilib. Bildirilib ki, təmizləmə qrupu 313 min 528 kvadratmetr ərazinin 229 min 205 kvadratmetrini 133 günə təmizləyib. Bunun 20 min 415 kvadratmetri əllə, 208 …
Read More »Cəbrayılda minalardan və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları ilə tanışlıq olub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Laçın rayonuna səfəri çərçivəsində Cəbrayıl rayonu ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq keçirilib. Boyukmillet.com xəbər verir ki, tanışlıq çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilər barədə məlumat verilib. Qeyd edək ki, …
Read More »Sumqayıtda mənzildə partlayış olub, ölən var
Sumqayıt şəhərində mənzildə partlayış olub. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb. Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Göygöldə 43 yaşlı kişi mübahisə zəminində bıçaqlanıb, saxlanılan var
Göygöl rayonunun Bəhrəmbəy kəndində bıçaqlanma hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Adil Arif oğlu Süleymanov mübahisə zəminində bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Ramin Məhəddin oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb
Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hüseyn Abdullayevin vəkilləri müvəkkilərinin proses zamanı yanında əyləşməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etsə də, təqsirləndirilən şəxs bundan imtina edib. Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək bildirib ki, Hüseyn Abdullayevin ailəsinin hesabına …
Read More »FHN azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi bağlı tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Bildirilib ki, xidmət tərəfindən Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində, sözügedən rayonda inşaat işləri davam etdirilən “İstisu” mineral su zavodunda, “Azərenerji” ASC-nin “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” su elektrik stansiyalarında, həmçinin …
Read More »Dələduzluğa məruz qalan qadının 38 min manatdan çox vəsaiti ələ keçirilib
Xəzər rayonunda qadın dələduzluğa məruz qalıb, 38500 manatı ələ keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Z.Babayev və R.Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar