Azərbaycanda bayram günlərində baş verən qəzalarda ölənlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib. O bildirib ki, bayram günlərində 28 yol qəzası qeydə alınıb: “Baş verən qəzalarda 16 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb”.
Read More »Xırdalanda 22 yaşlı gənci elektrik cərəyanı vurub
Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı gənci elektrik cərəyanı vurub. Boyukmillet.com xəbər verir ki, Astara rayon sakini Salmanzadə Elmir Ramik oğlu həyətyanı sahədə işləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb. Baş Prokurorluq “Report”un sorğusuna cavab olaraq faktı təsdiqləyib, araşdırma aparıldığı bildirilib.
Read More »Həkim Azər Maqsudovun məhkəməsi başlayıb
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb. Boyukmillet.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi təklif edilib. Müşavirədən qayıdan hakim heyəti cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib. …
Read More »İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb
İsmayıllı rayonunun Diyallı kəndində yaşayan, 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Boyukmillet.com xəbər verir ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub. “Fotodakı şəxsi tanıyanlardan və …
Read More »Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb
Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb. Boyukmillet.com xəbər verir ki, poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun həm “Koroğlu”, həm də “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.
Read More »Dövlət ittihamçısı Müdafiə Nazirliyinin sabiq idarə rəislərinə iş istəyib
Dövlət ittihamçısı Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanova iş istəyib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən proseslərdə məhkəmə istintaqları başa çatıb. Dövlət ittihamçısı hər iki sabiq rəisin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfləri çıxış üçün məhkəmədən vaxt istəyib. Qeyd edək …
Read More »Kürdəmirdə xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb
Kürdəmir rayonunda qrup olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb. Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil …
Read More »Vilyam Hacıyevin cəzası azaldılıb
İmişlinin məhkum sabiq icra başçısı Vilyam Hacıyev kassiya şikayətinə baxılıb. Boyukmillet.com xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin cəzası 8 il 6 ay müddətinə azaldılıb. Qeyd edək ki, V. Hacıyev bir müddət əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü. Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən …
Read More »Naxçıvanda istifadə müddəti bitmiş kolbasa və sosiska satışı ilə məşğul olan şəxs saxlanılıb
Babək RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edən Naxçıvan şəhər sakini Cabbarlı Əliəsgər saxlanılıb. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan …
Read More »Kür çayında tapılan meyitin kimliyi dəqiqləşib
Kür çayında tapılan meyitin kimliyi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, iyunun 2-də Tovuz rayonunda avtomobillə Kür çayına düşənlərdən iyunun 9-da tapılan meyitin Vüqar Cəfərovun olduğu dəqiqləşib. Digərlərinin axtarışları hələ davam edir. Xatırladaq ki, “VAZ-2107” markalı avtomobilin Kür çayına düşməsi nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar