Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edilir ki, narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 …
Read More »23 nömrəli məktəbdəki dəhşətli hadisənin təfərrüatı: Müəlliməsini bıçaqlamaq istəyib – VİDEO
Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Belə ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb. Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb. “Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, – məktəbli deyib. Hadisə ilə bağlı Daxili …
Read More »ANAMA əməkdaşı Ağdamda minaya düşüb, vəziyyəti qənaətbəxşdir
Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb. Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib. Hazırda Xəyyam …
Read More »Bibisi borc vermədi, evə girib 27 500 manatını oğurladı – FOTO
Lənkəranda bibisinin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Boyukmillet.com xəbər verir ki, rayon sakini olan qadın evindən 27 500 manatının oğurlanması barədə polisə məlumat verib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan …
Read More »Qubadlıda sursat aşkar edildi
Qubadlı rayonunda sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. 7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.
Read More »DİN: Sosial şəbəkədə hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar müəyyən olunub
Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb. DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. “Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”, – məlumatda bildirilib.
Read More »“Həkim xəstəxanaya gəlmədi, məcbur olub, evinə aparıb UZİ elətdirdik”
24 yaşlı qadının ölümünə görə həkimlər ittiham olunur Tərtərin Əskipara kənd sakini Sahilə Əsədova Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğuşdan sonra həyatını itirib. Yaxınları gənc qadının həkim səhvinin qurbanı olduğunu bildirirlər. “Deyirdilər ki, vəziyyəti yaxşıdır, bir müddət sonra ölüm xəbərini verdilər” 24 yaşlı Sahilə Əsədovanın ölümünə görə həkim-cərrah Teymur Əlləzov cinayət məsuliyyətinə cəlb olunub. 64 yaşlı cərrah səhlənkarlıqda ittiham olunur. Sahilə …
Read More »Bakıda “TikTok” fenomenləri qəza zamanı xəsarət aldı – FOTO
Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb. Hadisə Zərifə Əliyeva küçəsində baş verib. Belə ki, “Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb. Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb. Onlar xəstaxanaya …
Read More »Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata …
Read More »Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı açıqlanıb
Boyukmillet.com xəbər verir ki, bayram günlərində Respublika yollarında baş vermiş qəzalarla bağlı Baş DYP İdarəsinin məlumat yayıb. Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 7 nəfər həyatını itirmişdir. Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar