Bazar ertəsi , 8 İyul 2024

hadisə

Kamran Əliyev Sumqayıt prokurorunu vəzifəsindən azad edib

Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə olunub. Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təsdiqləyib.

Read More »

Bərdə polis şöbəsində yeni təyinat olub

Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Yusif Məhərrəmov təyin olunub. O, bu təyiata qədər həmin şöbədə müstəntiq vəzifəsində çalışıb.

Read More »

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Qax rayonunda avtomobil ağaca çırpılıb, sürücü ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, 1963-cü il təvəllüdlü Şövkət Mənəf oğlu Yusifov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə​ sürücü ölüb. İlkin məlumatlara görə, sürücünün ürək tutmasından öldüyü ehtimal olunur. Faktla bağlı …

Read More »

Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib

Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib. Boyukmillet.com xəbər verir ki, Suraxanı rayonu ərazisində bir nəfərin paytaxt sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Bəşirov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Suraxanı …

Read More »

Oğuzda kişi ov zamanı xəsarət alıb

Oğuzda kişi ov zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, fevralın 1-də rayonun Dəymədağlı kəndi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil Abdullayevin xəsarət alması müəyyən olunub. Yaralıya xəstəxanada ilkin tibbi …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Yanvar …

Read More »

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Boyukmillet.com xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını …

Read More »

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Lənkəran-Boradigah magistralında, rayonun Ṣaqlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Zövlə kənd sakini İdrak Şəfiyev idarə etdiyi 42-CE-908 dövlət qeydiyyat nişanlı “VAZ-2199” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1961-ci il təvəllüdlü Əbülfət Mürvət oğlu Baxşıyevin idarə etdiyi 99-MK-642 dövlət qeydiyyat nömrə nişanlı “VİTA” markalı …

Read More »

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, 7 nəfər saxlanılıb

Bu gün Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Boyukmillet.com-un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, …

Read More »

DTX: “İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır”

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın İrandakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir. Boyukmillet.com-un xəbərinə görə, DTX-nin saytında yer alan açıqlamada bildirilib ki, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur: “İranda baş vermiş hadisə ilə əlaqədar dövlət …

Read More »