Bazar , 23 Fevral 2025

İdman

Azərbaycan idmançısının Rizin Qran-prisindəki rəqibi bəlli olub

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin Qran-prisində ikinci döyüşünü keçirəcək. Boyukmillet.com xəbər verir ki, onun rəqibi yaponiyalı Teyçi Nakadzima olacaq. Görüş aprelin 17-də baş tutacaq. 30 yaşlı idmançının sözügedən turnirdə debütü ABŞ təmsilçisi Kayl Aquonla duelə təsadüf edib. 2020-ci il fevralın 20-də baş tutmuş döyüşdə Kərəmov qələbə qazanıb.

Read More »

Samir Adıgözəlli: “AFFA bu məsələni boş buraxmamalı və Byazinin sözügedən müsahibəsini dərindən araşdırmalıdır”

Azərbaycan futbol millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib. İtalyan mütəxəssis yığmanın yoldaşlıq oyunlarında Latviya və Maltaya uduzmasından söz açıb:  “Mənim komandamda bir şeylər əskikdir. Bəzilərini düzəltməyə çalışırıq. Mənə verilən vaxta qədər çalışacam. Burada başqa problem də var. Bu, xarakterdir. Azərbaycan yığmasında xarakter problemi var. Hər dəfə uduzursansa, daha az təslim olmalı, xarakter ortaya qoymalısan. Hələ buna …

Read More »

Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb. Qeyd edək ki, Azərbaycan komandaları Avropa çempionatını ümumilikdə 16 medalla başa vurublar. Yunan-Roma …

Read More »

Avropa çempionluğu Rusiyadan alınaraq, Azərbaycana verilib

Dünya Güləş Birliyi (UWW) 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib. “Report”un araşdırmasına görə, buna həmin vaxt Rusiya yığmasının heyətində mübarizə aparmış Anzor Boltukayevin dopinq testinin müsbət çıxması səbəb olub. 97 kq çəki dərəcəsində çıxış edən idmançı Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş qitə birinciyilinin finalında türkiyəli Rıza Yıldırıma uduzaraq, ölkəsinə 9 xal qazandırıb. Lakin …

Read More »

Azərbaycanın 7 cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqədə Azərbaycan millisinin 7 cüdoçusu mübarizəyə başlayacaq. Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov və Rövşən Əliyev yarışa 1/16 finaldan start verəcək. Onlar müvafiq olaraq, livanlı Felipe Dakruz və ukraynalı Dilşot Xalmatovla üz-üzə gələcək. 66 kq-da Yaşar Nəcəfov təsnifatda ABŞ təmsilçisi Adonis Diası, Orxan Səfərov isə 1/16 finalda …

Read More »

Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləşçilər Bakıya qayıdıb

Azərbaycanın Avropa çempionu olmuş sərbəst güləşçiləri Vətənə qayıdıb. Boyukmillet.com-un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları və güləşçilərin yaxınları qarşılayıblar. Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında tarixi uğura imza atıb. Yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Məhəmmədxan Məhəmmədov …

Read More »

Gənclər və İdman Nazirliyi 19 federasiyanın statusunu dayandırıb

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.Kollegiyanın qərarına əsasən, “Azərbaycan Üzgüçülük Federasiyası” İB, “Azərbaycan Velosiped …

Read More »

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun açılış mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Daha sonra idmançı, məşqçi və hakimlər and içiblər. Gənclər və idman nazirinin müavini Mariana Vasileva tədbir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. Daha sonra o, Dünya Kubokunu açıq elan edib. Qeyd edək …

Read More »

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq. Boyukmillet.com-un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Şimonetta Şekerlə (Macarıstan) üz-üzə gələcək. 59 kq-dakı Alyona Kolesnik A qrupunda yarışacaq. 27 yaşlı idmançı ilk görüşündə Elif Yanik (Türkiyə) ilə, ardınca isə Elene Heyke Bruggerlə qarşılaşacaq. A və B qruplarında ilk iki …

Read More »

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl medalı təmin edib

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb. Boyukmillet.com-un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev qızıl medala yiyələnib. O, finalda ukraynalı Stanislav Korçemlyuku məğlub edib. Bundan başqa Ruslan Nəsirov (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (hər ikisi +100 kq) finala yüksəlib. Nəsibov və Məmmədov həlledici görüşdə bir-biri ilə …

Read More »