Çərşənbə axşamı , 1 Aprel 2025

İdman

“Qarabağ” və “Neftçi” Türkiyədə ilk oyunlarına çıxır

Bu gün “Qarabağ” və “Neftçi” komandaları Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcəklər. Boyukmillet.com-un məlumatına görə, paytaxt klubu Macarıstan “Kişvarda”sı ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. “Qarabağ” Rumıniya “Qaz Metan”ı ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Premyer Liqanın digər təmsilçisi “Səbail” də ilk yoxlama matçına çıxacaq. “Dənizçilər” Bakıda “Qarabağ”ın əvəzedici …

Read More »

Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb

Rustavi şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Gürcüstan çempionatının mükafatçılarından biri azərbaycanlı soydaşımız olub. Boyukmillet.com xəbər verir ki, Marneuli sakini Rəşad Orucov 55 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib. Rayonun “Olimp” idman məktəbinin yetirməsi olan Orucov bu nəticə ilə Gürcüstanın yunan-Roma güləşi üzrə milli komandasına vəsiqə qazanıb. O, qonşu ölkə yığmasının heyətində təmsil olunacaq ilk azərbaycanlıdır.

Read More »

Mədət Quliyev ukraynalıya federasiyada vəzifə verib

Azərbaycan Velosiped İdmanı Federasiyasında (AVİF) idman direktoru vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı federasiya prezidenti Mədət Quliyev əmr imzalayıb. Həmin vəzifəyə ukraynalı mütəxəssis Oleq Berezovski gətirilib. Yeni idman direktorunu qəbul edən AVİF prezidenti qarşıya qoyulan məqsədlərdən danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Read More »

Stend atıcılığı üzrə dünya çempionu güllədən ölüb

Stend atıcılığı üzrə italiyalı dünya çempionu Kristian Gilli bədbəxt hadisə nəticəsində ölüb. Boyukmillet.com “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki faciəvi olay ov vaxtı baş verib. Dostları ilə ovda olduğu zaman Gilli yerə tökülən patronları götürmək üçün əyilib. Bu zaman onun əlindəki tapançadan atəş açılıb. Güllə gənc idmançının qarnına tuş gəlib və həyatına son qoyub. Gilli 2021-ci ildə gənclər …

Read More »

Azərbaycanın 36 cüdoçusu Antalyaya yollanır

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Boyukmillet.com federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 – 14 yanvarda gerçəkləşəcək. Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək. …

Read More »

Cüdo üzrə Azərbaycan yığmalarının yeni məşqçilər heyəti açıqlanıb – SİYAHI

Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib. Boyukmillet.com-un məlumatına görə, toplantıda cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib. Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib. Onunla yanaşı, Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi təyin olunub. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək. Əsas millinin sabiq böyük məşqçisi, …

Read More »

Daha bir cüdoçu Azərbaycan millisinə qayıdıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev karyerasını başa vurmaq istəyindən daşınıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, 100 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı milli komandaya qayıdıb. Osetiyalı legioner yığmanın qarşıdakı toplanışlarında iştirak edəcək. O, məşqçilər heyəti və federasiya rəhbərliyi ilə danışıqlardan sonra belə bir qərara gəlib. Daha əvvəl eyni çəki dərəcəsindəki Elmar Qasımov da Azərbaycan millisinə qayıdıb. Qeyd edək ki, …

Read More »

Bakıda 2021-ci ildə keçirilmiş beynəlxalq yarışların sayı açıqlanıb

Azərbaycanda 2021-ci ildə keçirilmiş beynəlxalq idman yarışlarının sayı açıqlanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı şəhəri ümumilikdə 15 yarışa ev sahibliyi edib. Onların arasında ən diqqət çəkənləri cüdo üzrə Böyük Dəbilqə, aerobika və batut gimnastikası üzrə dünya çempionatları, 28-ci Dünya Yaş Qrupları Yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, Formula-1 üzrə Azərbaycan Qran-prisi, paracüdo üzrə Qran-pridir. İl …

Read More »

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat olub

Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib. O, əvvəllər ANS, ATV telekanallarında, “Report” İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb. Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir. Qeyd edək ki, 2021-ci …

Read More »

Şimali Makedoniya klubu Azərbaycan millisinin voleybolçusu ilə vidalaşıb

Şimali Makedoniyanın “Vardar” klubu Azərbaycan millisinin voleybolçusu Roman Qurski ilə vidalaşıb. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Skopye təmsilçisi Qurskiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Roman Qurski mövsümün əvvəlində “Vardar”la 1 illik müqavilə imzalamışdı. O, 2018/2019 mövsümündə Azərbaycanda MOİK, 2019/2020 mövsümündə isə “Azərreyl”in …

Read More »