Ötən mövsümün sonunda “Zirə”dən ayrılan mozambikli futbolçu Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi “Maritimu” klubuna keçib. Premyer Liqa təmsilçisi təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb. Qeyd edək ki, Klesio Bauk Azərbaycanda “Zirə”dən öncə “Qəbələ”nin formasını geyinib.
Read More »Azərbaycan cüdoçuları Avropa kubokunu iki medalla başa vurub
Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilib. Boyukmillet.com xəbər verir ki, turnirin ikinci günü Azərbaycan təmsilçisi komandanın üzvü aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub. Qeyd edək ki, Avropa kubokuna avqustun 7-də start verilib. Yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov …
Read More »Tokio-2020: Azərbaycan 6-cı medalı təmin edib
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib. Boyukmillet.com-un məlumatına görə, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub. Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.
Read More »Tokio-2020: Azərbaycan beşinci medalını təmin edib
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib. Boyukmillet.com-un məlumatına görə, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub. 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib. Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub …
Read More »Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəlib, Şərif Şərifov məğlub olub (Yenilənib)
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. “Boyukmillet.com”un məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək. Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb. 07:15 Azərbaycanın daha bir sərbəst güləşçisi …
Read More »Tokio-2020: Azərbaycan boksçusu mükafatlandırılıb
Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin yarışında 81 kq çəki dərəcəsində fərqlənən boksçular mükafatlandırılıb. Boyukmillet.com-un məlumatına görə, medalçılar sırasında Azərbaycan təmsilçisi Alfonso Dominges də yer alıb. O, rusiyalı İmam Xatayevlə birlikdə bürünc medal qazanıb. Kubalı Arlen Lopez finalda Benjamin Uittakerə (Böyük Britaniya) qalib gələrək ardıcıl ikinci dəfə olimpiya çempionu olub.
Read More »Tokio-2020: Tarixdə ilk dəfə türkiyəli qadın boksçular finala yüksəlib
Türkiyənin iki qadın boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, 51 kq-da yarışan Buse Naz Çakıroğlu Çin Taypeyini təmsil edən Huanq Hsiao-Veni yarımfinalda məğlubiyyətə uğradıb. 68 kq-da mübarizə aparan Busenaz Sürmeneli isə hindistanlı Lovlina Borqohainə şans verməyib – 5:0. Çakıroğlu qızıl medal uğrunda Stoyka Krasteva (Bolqarıstan) ilə, Sürmeneli isə Gu Honqla (Çin) döyüşəcək. Hər iki qarşılaşma avqustun …
Read More »Tokio-2020: Azərbaycan sərbəst güləşçisinin ilk rəqibi müəyyənləşib
Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun ilk rəqibi müəyyənləşib. Boyukmillet.com-un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq. Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də Bakı vaxtı ilə saat 06:30-da start götürəcək. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, İslam …
Read More »“Qarabağ” yeni transferi ilə müqavilənin müddətini açıqlayıb
“Qarabağ” ispaniyalı futbolçu Qaspar Panadero Zamora ilə 3 illik müqavilə imzalayıb. Boyukmillet.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı vinger 17 nömrəli formanı geyinəcək. O, İspaniyanın “Almeriya”, “Kadis”, “Ponferradina” klublarında çıxış edib. Zamora İspaniyanın U-18 və U-19 yığmalarının üzvü olub.
Read More »Tokio-2020: Ramil Quliyev yarımfinala yüksəlib
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. Boyukmillet.com-un məlumatına görə, 200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində finişə 20.54 saniyəyə ikinci çatıb və yarımfinala yüksəlib. Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq. Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa …
Read More »