Şənbə , 21 Sentyabr 2024

İNFRASTRUKTUR

“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq, o cümlədən sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb. Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol …

Read More »

Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü …

Read More »

Vahid Hacıyev: “Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq”

Bu il ərzində üç rayonda – Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Zəngilanda keçirilən İdarələrarası “Mərkəzi Enerji Təminatı” üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib. Onun sözlərinə görə, artıq Zəngilanın “Ağalı” kəndinin …

Read More »

Bakı metrosu martın 8-nə iş rejimini açıqlayıb

8 Mart – Beynəlxalq Qadınlar Günündə “Bakı Metropoliteni” QSC-nin xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar …

Read More »

Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayon sakinləri iştirak ediblər. Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar …

Read More »

Qarabağda 69 min hektara yaxın ərazi minalardan təmizlənib

Bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68 953 hektar ərazini minalardan təmizləyib. Boyukmillet.com xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında ANAMA-nın Əməliyyat idarəsinin rəisi İdris İsmayılov bildirib. “Həmin ərazilərdə tapılmış mina, partlamamış silah və sursatın sayı 82 …

Read More »

Bakı-Qəbələ-Bakı marşrutu üzrə biletlər satışa çıxarılıb – QİYMƏTLƏR AÇIQLANIB

Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya …

Read More »

“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti sərnişinləri üçün Türkiyənin məşhur şəhərləri – İstanbul, İzmir və Ankara reyslərində yeni aksiyaya başlayıb. Martın 27-dən aprelin 18-dək bu şəhərlərə gediş-gəliş biletləri əldə edərkən hər bir sərnişinə çəkisi 23 kq-a qədər olan bir əlavə ödənişsiz baqaj yeri təqdim olunur. Bundan əlavə, “AZAL Miles” loyallıq proqramının iştirakçıları bu istiqamətlər üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar. Aksiya …

Read More »

Qarabağın bərpasında Belarus şirkətlərinin iştirakı müzakirə olunub

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Belarus şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Belarusun Baş nazirinin müavini, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşündə bildirib. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər …

Read More »

Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satışı qadağan edilə bilər

Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satılması qadağan edilə bilər. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə qeyd edilib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa …

Read More »