Bazar ertəsi , 13 May 2024

İNFRASTRUKTUR

“Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub. Boyukmillet.com xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, mexanizmləri təmizlənərək rənglənib. Həmçinin gəminin baş mühərrikləri, soyuducuları, nasosları və digər mexanizmləri təmir olunub, iki ədəd köməkçi mühərrik isə dəyişdirilib. Gəmidə gövdə-qaynaq, boruquraşdırma, avtomatika …

Read More »

Rauf Vəliyev: “ASCO Rusiyada ixtisaslaşdırılmış gəmilərin inşası imkanlarını nəzərdən keçirir”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Rusiyanın, o cümlədən Həştərxan vilayətinin gəmiqayırma zavodlarında müxtəlif ixtisaslaşdırılmış gəmilərin inşası imkanlarını nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bunu news.ru nəşrinə müsahibəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev deyib. “Bundan başqa, ikitərəfli səfərlər və görüşlər zamanı Bakı Gəmiqayırma Zavodu ilə Həştərxan vilayətinin tərsanələri arasında birgə inşa, montaj və ya digər əməkdaşlıq imkanları nəzərdən keçirilir. ASCO …

Read More »

Zabuxçay su anbarının tikintisinə dair müqavilələr imzalanıb

Bu gün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də Laçın rayonunda Zabuxçay su anbarı, eləcə də magistral boru kəmərinin layihələndirilməsi və tikintisinə dair Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb. Boyukmillet.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, mərasimdə qurumun sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin …

Read More »

Bakı-Gəncə sərnişin qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

2022-ci ilin noyabrın 11 saat 19:00-dan noyabrın 14 saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 03 iyun tarixli 718 nömrəli Fərmanının icrası ilə əlaqədar …

Read More »

4 gündə Bakıdan regionlara 29 minə yaxın sərnişin daşınıb

Bayram günlərində müntəzəm və qeyri-müntəzəm reyslə 28 863 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Samir Səfərov deyib. S.Səfərovun sözlərinə görə, ən çox sərnişin axını noyabrın 5-də qeydə alınıb:“Bu sərnişinlərin daşınması üçün ümumilikdə 969 reys həyata keçirilib. Belə ki, noyabrın 5-də 289 müntəzəm və qeyri-müntəzəm reyslə 9 341, noyabrın 6-da 267 reyslə 8 607, noyabrın 7-də 218 reyslə 6 186 və noyabrın 8-də …

Read More »

Metronun “Xocəsən” stansiyası istismara hazırlanır

“Bakı Metropoliteni”nin Xocəsən qəsəbəsində ikinci elektrik deposu və yerüstü stansiyası istismara hazırlanır. Bu barədə “Bakı Metropolteni” QSC-dən bildirilib. Məlumata görə, hazırda sınaq, həmçinin abadlaşma işləri aparılır. Qeyd edək ki, “Xocəsən” metrostansiyası Bənovşəyi xəttə daxildir. Bundan əvvəl sözügedən xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib. 2011-ci ildə “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilib. Bu sənədə görə perspektivdə …

Read More »

Bakı-Şamaxı-Yevlax yolunda daha bir yerüstü piyada keçidinin inşasına başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21,5-ci kilometrlik hissəsində yeni yerüstü piyada keçidinin tikintisinə başalyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, layihə üzrə keçidin ümumi uzunluğu 42,5 metr, hərəkət hissəsi 2,25 metr, aşırım hissəsinin uzunluğu 37,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə özül svaylarının vurulması, özül və dayaqların tikintisi aparılır. İki giriş-çıxışdan ibarət …

Read More »

Şahin Mustafayev: “Azərbaycan Ermənistanın qərarını imitasiya kimi qiymətləndirir”

Azərbaycan Ermənistan hökumətinin sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndirir. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib. “O ki qaldı, suverenliyin pozulmasına, xatırladım ki, həmin 9-cu bəndə görə Ermənistan ərazisində yol hərəkətinə nəzarəti Rusiya Federal Təhlükəzislik Xidmətinin sərhəd xidməti həyata keçirir. Bu faktın …

Read More »

Azərbaycan Daşkənddə nəqliyyat sahəsinə dair toplantıda iştirak edir

Azərbaycan bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində işə başlamış və sabah başa çatacaq Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı toplantısında iştirak edir. Boyukmillet.com bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir. Məlumata görə, toplantı çərçivəsində TDT-yə üzv dövlətlərin nəqliyyatın inkişafı üzrə işçi qrupunun 11-ci, qardaşlaşmış limanların 5-ci və dəmir yolu qurumlarının nümayəndələrinin 1-ci iclası da …

Read More »

Bakı metrosunun 55 illiyinə həsr olunmuş sərgi açılıb

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Boyukmillet.com xəbər verir ki, “Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxividir. Sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkil təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi …

Read More »