Çərşənbə , 16 Aprel 2025

İNFRASTRUKTUR

Şuşaya biletləri kütləvi alıb baha qiymətə satanlara xəbərdarlıq edilib

Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) araşdırma aparıb. Boyukmillet.com Dövlət Xidmətinə istinadən xəbər verir ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysinə müxtəlif …

Read More »

Çindən Almaniyaya gedən yük qatarı Azərbaycana yola salınıb

Çindən Almaniyaya gedən yük qatarı “Maestro Niyazi” gəmisi ilə Qazaxıstandan Azərbaycana yola salınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb. Məlumata görə, Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb. Yük qatarı buradan ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi …

Read More »

Bu aydan Novosibirsk-Bakı istiqamətində birbaşa uçuşlara başlanılır

Rusiyanın “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Novosibirskdən saat 13:00-da yola düşəcək, Bakıya 4 saat 20 dəqiqədən sonra 14:20-də çatacaq. Heydər Əliyev Hava Limanından uçuş isə həmin gün saat 15:20-də, Tolmaçevo Hava Limanına eniş saat 22:20-də …

Read More »

AZAL-ın Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurlu eniş edib.

Read More »

AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Naxçıvandan Gəncəyə və geriyə reyslər açır. AZAL-dan verilən məlumata görə, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək. Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin …

Read More »

Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

190 hektar sahəni əhatə edən Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq. Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi …

Read More »

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir. Boyukmillet.com xəbər verir ki, yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarının yaxınlığından keçən hissəsindən götürür. Onun uzunluğu 56,4 km-dir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən …

Read More »

“Azərsu”: “Qarabağda içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur”

“İşğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. “Keyfiyyət də tam standartlara uyğundur. Ona görə də əlavə bir çətinliyimizin olacağını düşünmürük”, – A.Cəbrayıllı bildirib. Onun sözlərinə görə, Laçındakı hərbi obyektlər, Qubadlı, Zəngilan və …

Read More »

Həştərxandan Bakıya aviareyslər həftədə dörd dəfəyədək artırıla bilər

AZAL-ın ofisində “Azərbaycan Hava Yolları” aviaşirkətinin prezidenti Cahangir Əsgərovun Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə iş görüşü keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşün əsas mövzusu tərəflər arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi və ölkələrin nəqliyyat imkanlarının daha da artırılması çərçivəsində birgə addımların atılması olub. AZAL prezidenti Cahangir Əsgərov qubernatorla söhbəti zamanı qeyd edib ki, mülki hava daşımalarının …

Read More »

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC-nin direktoru Həmid Məmmədov vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, şirkətə rəhbərlik Müsavər Hətəmova həvalə olunub. Xatırladaq ki, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” şirkəti 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.

Read More »