Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edib. “Report” Agentliyə istinadən xəbər verir ki, qəbul qurumun tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilib. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Şikayətlərin …
Read More »Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Boyukmillet.com xəbər verir ki, səfərin ilk günündə (aprelin 14-də) Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi, Batumi Dəniz Limanı, Batumi Dövlət Dəniz Akademiyası və Gürcüstanda fəaliyyətinə razılıq verilmiş bir sıra təsnifat cəmiyyətlərində görüşlər keçirilib. Danışıqlar zamanı iki ölkə …
Read More »“Azəristiliktəchizat”: “Məcburi köçkünlər bizə 6 milyon manat borcludur”
Məcburi köçkün statusuna malik əhali kateqoriyasının “Azəristiliktəchizat” ASC-yə 6,384 milyon manat borcu var. Boyukmillet.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. Bundan başqa, onun sözlərinə görə, “Azəristiliktəchizat” özü də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə təxminən 14 milyon manat borcludur.
Read More »“Şahdağ” gəmi-bərəsi əsaslı təmirdən sonra ilk səfərinə Türkmənistana çıxıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi əsaslı təmir edilib və gəmi ilk səfərinə Türkmənistan istiqamətində çıxıb. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə …
Read More »Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazıb
Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər. Boyukmillet.com xəbər verir ki, məktuba dərhal reaksiya verilib. Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib. Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib …
Read More »Azərbaycan və Qazaxıstan arasında logistika və müştərək layihələrin icrasına dair saziş imzalanıb
Azərbaycan və Qazaxıstan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzərindən multimod daşımalarının daha da inkişaf etdirilməsini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, müzakirələr “Qazaqstan Temir Joly” (QTZ) SC-nin idarə heyətinin sədri Nurlan Səurənbayev ilə “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov arasında keçirilən görüşdə aparılıb. Tərəflər həmin marşrut boyu ötürücü qabiliyyətinin artırılması, tranzit vaxtının azalması zərurətini qeyd ediblər. Görüşün sonunda …
Read More »Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəlib
Bu gün Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə “Report”a AZAL-dan bildirilib. Məlumata görə, görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. …
Read More »Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Bu barədə ADY-dən bildirilib. Məlumata görə, işçi qrupunun növbəti iclası bu ayın sonunda Bakıda keçiriləcək. Daşkənddə Azərbaycan və Özbəkistanın dəmir yolu qurumlarınun rəhbərlərinin görüşü keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib. Tərəflər “Asiya-Sakit okean …
Read More »Mərkəzi Asiyadan Avropaya yükdaşımalarda Azərbaycanın payı kəskin artacaq
“Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi (TRACECA) vasitəsilə Mərkəzi Asiyadan Avropaya yükdaşımalarda böyük problemlər yaranıb”. Bunu “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib. R.Bayramov Azərbaycan üzərindən yükdaşımaların kəskin artacağını istisna etməyib: “Mərkəzi Asiyadan Avropaya Rusiya üzərindən daşınan yüklərin təqribən 10 %-ə qədərinin Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən keçəcəyi ehtimal olunur. Bu isə Azərbaycan üzərindən yükdaşımaların ən azı 5-6 dəfə artması …
Read More »Ermənilərin Gəncədə dağıtdığı infrastrukturun bərpasına 3,5 mln manat xərclənəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnşaat Servis-2” MMC-dir. Qalib şirkətə 3,5 …
Read More »