Cümə axşamı , 21 Noyabr 2024

İNFRASTRUKTUR

İlham Əliyev və Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verib. Bildirildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun elektrik enerjisi ilə …

Read More »

Zəngilan Rəqəmsal Elektrik Yarımstansiyasının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Zəngilanda tikiləcək Rəqəmsal Yarımstansiya və rayonun elektrik təchizatı sxemi barədə məlumat verdi. Bildirildi ki, 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti …

Read More »

Dəliməmmədli-Kəlbəcər dəmir yolunun ilkin konseptual layihəsi hazırlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin mütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Artıq xəttin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-yə yaxın süni mühəndis …

Read More »

Füzuli-Şuşa dəmir yolu xəttinin topoqrafik tədqiqat işləri tamamlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-də tikintisini planlaşdırdığı Füzuli-Şuşa elektrikləşdirilmiş dəmir yolu xəttinun uzunluğu ox üzrə 83,4 km olacaq. Məlumata görə, layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.

Read More »

Zəngilan aeroportu bütün növ təyyarələri qəbul edəcək

Zəngilan rayonunda inşa olunan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə tikintini həyata keçirən “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya etdiyi məruzədə bildirib. Xatırladaq ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olacaq hava limanının inşasına bu ilin …

Read More »

Azərbaycan Macarıstanla dəmir yolu sahəsində əməkdaşlığı genişləndirə bilər

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş keçirilib. Məlumata görə, səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan sədr dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində …

Read More »

Füzulidə xəstəxana tikiləcək, Olimpiya İdman Kompleksi yaradılacaq

Füzulidə Olimpiya İdman Kompleksi yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planı ilə tanış olarkən deyib. Prezident bildirib ki, indi böyük xəstəxananın layihəsi hazırlanır: “Yaxın həftələrdə mənə təqdim ediləcək”. Dövlət başçısı daha sonra vurğulayıb ki, Olimpiya İdman Kompleksi mütləq yaradılacaq.

Read More »

Prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin …

Read More »

Dövlət başçısı: “Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir”

“Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlətimizin başçısı deyib: “Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində …

Read More »

Azərbaycan lideri: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq”

“Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək”. Boyukmillet.com xəbər verir ki, Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə danışan Prezident İlham Əliyev deyib: “Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. …

Read More »