Çərşənbə , 9 Aprel 2025

İNFRASTRUKTUR

Bakıda bəzi küçə və prospektlərdə işıqforda “yaşıl dalğa” tətbiq ediləcək

Azərbaycanda yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişin daşımalarına tələbatın artacağı nəzərə alaraq qabaqlayıcı tədbirlərin icrasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Məlumatda deyilir ki, bu çərçivədə müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatması məqsədilə bir sıra …

Read More »

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılıb

“Bakı metropoliteni” QSC-nin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, …

Read More »

Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması (1), yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması (2), eləcə də, yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub. Boyukmillet.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Mühəndislik …

Read More »

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətin rəhbəri dəyişdirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İnşaat” MMC-nin sədri dəyişib. Boyukmillet.com xəbər verir ki, bu vəzifə Nizaməddin Hüseynova həvalə edilib. Bu vəzifəni əvvəl Fərhad Kərimov icra edib. N.Hüseynov əvvəldə “Azərbaycan Sənaye Korporasiyası”ında çalışıb. Xatırladaq ki, “ASK İnşaat” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tikinti və tikinti məhsullarının istehsalı şöbəsinin funksiyasına uyğun olaraq aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata …

Read More »

Azərbaycan və Qazaxıstanın təhsil müəssisələri arasında müqavilə imzalanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Qazaxıstanın Yessenov Universiteti arasında “İkili diplom tədrisi” haqqında müqavilə imzalanıb. Boyukmillet.com bu barədə ASCO-ya istinadən xəbər verir. Müqaviləyə əsasən, hər iki təhsil müəssisəsinin bakalavriat və magistratura pillələrində oxuyan tələbələr uyğun ixtisaslar üzrə təhsil almaq imkanı qazanırlar. Bu proqramdan bakalavriat və magistratura səviyyəsinin 1-ci tədris ilini uğurla bitirmiş tələbələr …

Read More »

Füzuli şəhərinin Baş Planının hazırlanmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli şəhərinin Baş Planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur. Qalibə 991,2 min manat ödəniləcək.

Read More »

Macarıstan Qarabağın bərpasında iştirak etmək istəyir

“Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə Macarıstanın təhlükəsizlik siyasəti üzrə baş katibi Peter Sztaray deyib. “Ölkəmiz Qarabağın bərpasına töhfə verə bilər”, – o qeyd edib.

Read More »

Bakı Limanının imkanları Çində təqdim edilib

Çinin paytaxtı Pekində keçirilən “Azərbaycanda investisiya və ticarət” seminarında Bakı Limanının imkanları təqdim edilib. Boyukmillet.com  bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir. Məlumata görə, seminar Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi (CIFTIS) çərçivəsində baş tutub. İqtisadiyyat Nazirliyinin və CIFTIS təşkilat komitəsinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə keçirilən seminarda Çinin dövlət …

Read More »

Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minir

Cari ilin sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Bu barədə  “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir. «Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz: …

Read More »

Azərbaycanda dənizçilərə təlim keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində Dinamik mövqe saxlama operatorlarının hazırlığı təlimi keçiriləcək. Məlumata görə, təlim 23-27 avqust tarixlərində təşkil olunacaq. Kursda iştirak etmək istəyən dənizçilər (050) 277 02 79 nömrəli telefona zəng edə və yaxud trainingcenter@asco.az elektron poçt ünvanına yaza bilərlər.

Read More »