Bazar ertəsi , 16 Fevral 2026

İNFRASTRUKTUR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sədr təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifə Anar Rzayev gətirilib.  O, indiyə qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib. Qeyd edək ki, A.Rzayev 1973-cü ildə Bakıda anadan olub, Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib. 1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz …

Read More »

Gömrük generalı: “Narkotik vasitələr Əfqanıstandan İrana, daha sonra Azərbaycana daşınır”

Bu istiqamətdə Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, GUAM, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, Türkiyə Respublikası Ticarət Nazirliyi, ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə üzrə Administrasiyası, Rusiya Federal Gömrük Xidməti, Ukrayna Dövlət Gömrük Xidməti və bir sıra başqa beynəlxalq təşkilatlar və xarici ölkələrin …

Read More »

Bakı ilə Türkmənbaşı limanları arasında görüş keçirilib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı nümayəndələri arasında videoformatda görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və iştirakı ilə keçirilən görüşdə əsas etibarilə konteyner daşımalarında əlaqələrndirmə və əməkdaşlıq məsələləri, bütövlükdə Türkmənbaşı – Bakı – Poti marşrutu ilə yükdaşımalar, habelə İT tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, iki ölkənin dəniz limanları arasındakı əməkdaşlığın bundan sonrakı …

Read More »

Prezident və birinci xanım “Qubadlı” yarımstansiyasının açılışını ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Read More »

Xanlıq-Qubadlı yolunun təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Read More »

Ermənilərin dağıtdığı 11 300 obyekti üzrə tikinti və təmir-bərpa yekunlaşıb

44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin dağıtdığı 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb. Bu barədə “Report”a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. Məlumatda deyilir ki, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Komitənin nəzarəti altında hazırki mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verib. Bildirildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun elektrik enerjisi ilə …

Read More »

Zəngilan Rəqəmsal Elektrik Yarımstansiyasının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Zəngilanda tikiləcək Rəqəmsal Yarımstansiya və rayonun elektrik təchizatı sxemi barədə məlumat verdi. Bildirildi ki, 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti …

Read More »

Dəliməmmədli-Kəlbəcər dəmir yolunun ilkin konseptual layihəsi hazırlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin mütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Artıq xəttin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-yə yaxın süni mühəndis …

Read More »

Füzuli-Şuşa dəmir yolu xəttinin topoqrafik tədqiqat işləri tamamlanıb

“Azərbaycan Dəmir Yolları” QSC-də tikintisini planlaşdırdığı Füzuli-Şuşa elektrikləşdirilmiş dəmir yolu xəttinun uzunluğu ox üzrə 83,4 km olacaq. Məlumata görə, layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.

Read More »