Cümə , 30 Yanvar 2026

İNFRASTRUKTUR

Karantin rejiminin müddəti yenə uzadıldı

Nazirlər Kabineti səbəb kimi hələ də koronavirus (COVID-19) infeksiyasını göstərir Azərbaycanda karantin rejiminin müddəti 2025-ci il oktyabrın 1-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-nə qədər olan müddəti əhatə edirdi. Prezident İlham Əliyev 2024-cü il …

Read More »

ABŞ sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Boyukmillet.com bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub. “Boeing 787-9 Dreamliner” tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə …

Read More »

AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır: • Bakı – Dammam – Bakı (J2 8205/8206) • Bakı – Bəhreyn – Bakı (J2 505/506) • Bakı – Ər-Riyad – Bakı …

Read More »

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. Boyukmillet.com bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Read More »

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır. Bu barədə AZAL-dan bildirilib. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın …

Read More »

Azərbaycanda torpaq üzərində hüquqların qeydiyyatından imtina üçün hüquqi əsaslar müəyyənləşdirilir

Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd olunub ki, qanun layihəsi Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin …

Read More »

“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən Bakı – Təl-Əviv – Bakı J2 021/022 (13 iyun) J2 321/322 (13 iyun) J2 021/022 (14 iyun) …

Read More »

İsrailin İrana hücumundan sonra 10-dan çox beynəlxalq reys Bakı aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib

İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib: …

Read More »

İran və Əfqanıstan arasında sərnişin qatarı fəaliyyətə başlayacaq

İranın Xaf şəhərindən Əfqanıstanın Herat şəhərinə ilk sərnişin qatarı fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” “Salam Watandar” radiostansiyasına istinadən məlumat yayıb. “İlk sərnişin qatarı 10 gündən sonra Xafdan Herata hərəkətə başlayacaq. Qatarın işə salınması vətəndaşların gediş-gəlişinin asanlaşdırılması və Əfqanıstanla İran arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımdır”, – Herat əyalətinin qubernatorunun mətbuat katibi Məhəmməd Yusuf …

Read More »