Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən Bakı – Təl-Əviv – Bakı J2 021/022 (13 iyun) J2 321/322 (13 iyun) J2 021/022 (14 iyun) …
Read More »İsrailin İrana hücumundan sonra 10-dan çox beynəlxalq reys Bakı aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib
İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib: …
Read More »İran və Əfqanıstan arasında sərnişin qatarı fəaliyyətə başlayacaq
İranın Xaf şəhərindən Əfqanıstanın Herat şəhərinə ilk sərnişin qatarı fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” “Salam Watandar” radiostansiyasına istinadən məlumat yayıb. “İlk sərnişin qatarı 10 gündən sonra Xafdan Herata hərəkətə başlayacaq. Qatarın işə salınması vətəndaşların gediş-gəlişinin asanlaşdırılması və Əfqanıstanla İran arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımdır”, – Herat əyalətinin qubernatorunun mətbuat katibi Məhəmməd Yusuf …
Read More »Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizəyə ildə 1,3 trilyon dollar cəlb etmək üçün iş aparır
Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizəyə ildə 1,3 trilyon dollar cəlb etmək üçün digər ölkələrlə iş aparır. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Мuxtar Babayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib. Onun sözlərinə görə, hazırda iqlim dəyişikliyi ilə mübarizədə yeni çətinliklər ortaya çıxıb: “Belə ki, iqlim dəyişikliyi ilə mübarizədə müəyyən ölkələr fərqli siyasət …
Read More »AZAL Təbrizə reys açır və Tehrana reyslərin sayını artırır
Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, biletlər bu gün satışa çıxarılacaq. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran …
Read More »Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq
Rusiyanın Azərbaycanla sərhədində ilk intellektual keçid məntəqəsi yaradılır və hazırda sistem sınaqdan keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi sosial şəbəkələrdə bildirib. Söhbət Azərbaycanla sərhəddə Dağıstan Respublikasında yerləşən Tahirkənd-Qazmalar keçid məntəqəsindən gedir. Keçid məntəqəsindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçir və burada hər gün orta hesabla 230 yük maşını yola salınır. Keçid məntəqəsi “Səmərəli nəqliyyat sistemi” adlı milli layihə çərçivəsində modernləşdiriləcək: …
Read More »Rusiya Azərbaycan və İranla “Şimal-Cənub” dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir
Əldə edilmiş razılaşmaların inkişafı, “darboğaz”ların aradan qaldırılması və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin sürətlə reallaşdırılması üçün Rusiya, Azərbaycan və İran arasında üçtərəfli formatda əməkdaşlıq gücləndirilməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Birinci Departamentinin direktor müavini Viktoriya Malkova Bakıda keçirilən “Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu” mövzusunda beynəlxalq dəyirmi masada bildirib. Onun …
Read More »AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb. Boyukmillet.com bu barədə AZAL-a istinadən xəbər verir. “AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı …
Read More »Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib. “Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və …
Read More »İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib. Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək. Məlumata əsasən, forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar