Çərşənbə , 2 Aprel 2025

İNFRASTRUKTUR

“Bakı-Sumqayıt” şosesində tıxac problemi aradan qaldırılacaq, paytaxtın yeni giriş-çıxış yolu yaradılacaq

“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, xarici həlqəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, o cümlədən Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini …

Read More »

Bakıda yeni Yaşıl Park və Nəbatat Parkı salınacaq

Bakıda yeni Yaşıl Park salınacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Şəhərdə əlçatan yaşıllıqların payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq Xocahəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai parkın salınması planlaşdırılır. Qeyd edilən park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocahəsən gölünün ekoloji təmizlənməsinə təkan verəcək. …

Read More »

Bakı-Ağstafa marşrutu üzrə daha bir qatar reysi təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət “Ekspres” sürət qatarını əlavə reysə cəlb edib. Boyukmillet.com xəbər verir ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək. Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, …

Read More »

Bakının Baş planı təsdiqlənib

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərar Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura …

Read More »

AYNA: “Qırmızı Körpü” gömrük postunda 278 avtomobil gözləyir”

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 278 avtomobil gözləyir. Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 45, “Mazımqara” gömrük postunda 47, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 8 yük maşını var.

Read More »

Bakıdakı Dəmiryol Muzeyi yenidən fəaliyyətə başlayıb

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyi yenidən ziyarətçilərini qəbul etməyə başlayıb. Bu barədə “Report”a ADY-dən bildirilib. Muzeyin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Koronavirus (COVID-19) pandemiyası dövründə qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və yeni eksponatlarla daha da zənginləşdirilib. Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan …

Read More »

Azərbaycanın bəzi rayonlarının inzibati ərazi bölgüsü qismən dəyişib

Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə …

Read More »

Prezident Qubada yol təmirinə 1,2 milyon manat vəsait ayırıb

Prezident İlham Əliyev Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon təmir …

Read More »

Ağdamda 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 mindən çox adam köçürüləcək

Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulur. “Report”un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib. “4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin …

Read More »