Bazar ertəsi , 13 May 2024

Maliyyə

Hesablama Palatası: “İşğaldan azad edilmiş ərazilərdə auditlər hələ başa çatmayıb”

İşğaldan azad edilmiş ərazilərdə auditin aparılması ilə bağlı ən böyük problem başa çatmış obyektlərin demək olar ki, hələ olmamasıdır. Boyukmillet.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, Hesablama Palatası 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə ilkin auditlərə başlayıb: “Əvvəldən aparılmış auditlər layihə-smeta sənədlərinin, …

Read More »

Hesablama Palatası ötən il 6 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-ya müraciət edib

Hesablama Palatası ötən il 4 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 2 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial …

Read More »

ADB Azərbaycanda iqtisadi artıma dair proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,5 % çox olacağını proqnozlaşdırır. Boyukmillet.com  xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir. Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0,7 faiz bəndi çoxdur. Bank gələn il isə Azərbaycanda 3,8 % iqtisadi artım gözləyir. ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu …

Read More »

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Bu il martın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,1 bənd təşkil edib. Bu barədə Boyukmillet.com Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. Bu göstərici 2023-cü ilin fevralın 1-i ilə müqayisədə 0,08 bənd çox, yanvarın 1-i ilə müqayisədə 0,43 bənd, 2022-ci ilin martın 1-nə nisbətən isə 0,9 bənd azdır. Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son …

Read More »

“TuranBank”ın dəstək olduğu növbəti “YAŞAT” idman düşərgəsinə start verilib

Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə iştirak edən “TuranBank” ASC bu ənənəyə sadiq qalaraq “YAŞAT” Fondunun təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərib. 30 mart – 2 aprel tarixlərində Tovuz şəhərində baş tutacaq düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi …

Read More »

“Bakı Fond Birjası”nda qeyri-ticarət saatları müəyyən edilib

“Bakı Fond Birjası” QSC-də yeni ticarət sisteminə keçidlə əlaqədar qeyri-ticarət saatları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, qeyri-ticarət saatları sabah günün ikinci yarısında – saat 13:00-dan qüvvədə olacaq. Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” …

Read More »

“Şahdağ Turizm Mərkəzi” auditor seçir

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Boyukmillet.com xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. İddiaçılar təkliflərini aprelin 12-si, saat 17:00-a qədər səhmdar cəmiyyətinə (Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri) təqdim edə bilərlər. Təkliflərə aprelin 13-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Read More »

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb. “Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı …

Read More »

Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Xatırladaq ki, fevralın 1-dən Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25 %-dən 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25 %-dən 9,5 %-ə çatdırılıb.

Read More »

“Yelo Bank” “Microfinance Centre”yə üzv olan ilk Azərbaycan bankı oldu

“Yelo Bank” ASC beynəlxalq əməkdaşlıq çərçivəsində “The Microfinance Centre”yə (MFC) üzv seçilib. Qeyd edilir ki, “Yelo Bank” MFC-yə seçilən ilk Azərbaycan bankıdır. Bu əməkdaşlıqda əsas məqsəd maliyyə xidmətlərinin inkişaf etdirilməsində beynəlxalq təcrübədən faydalanmaq və müasir standartları tətbiq etməkdir. “The Microfinance Centre” ədalətli, inklüziv, bərabər və məsuliyyətli xidməti təşviq edən beynəlxalq sosial-maliyyə şəbəkəsidir. MFC Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 100-dən çox təşkilatı birləşdirir. …

Read More »