Bazar , 11 Yanvar 2026

Maliyyə

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış Memorandum qüvvəyə mindikdən sonra Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan …

Read More »

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 7 % azalıb

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib. Boyukmillet.com DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3 % artaraq 136,952 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9 % azalaraq 314,878 milyon manat, aksizlər üzrə daxilolmalar 24,7 % artaraq 18,507 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23,7 % azalaraq 3,392 milyon manat olub.

Read More »

Hesablama Palatasının builki Əməliyyat Planı təsdiq edilib

Hesablama Palatasının strateji planının 2024-cü il üzrə Əməliyyat Planı, Monitorinq Çərçivəsi və Risk Reyestrinin layihələri təsdiq edilib. Bu barədə  Palatadan bildirilib. Belə ki, qurumda sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. İclasda Palatanın strateji planının 2023-cü il üzrə Əməliyyat Planının və Monitorinq Çərçivəsinin icra vəziyyəti barədə, habelə keyfiyyətə nəzarətlə bağlı illik hesabat təqdim edilib. Əməliyyat planında nəzərdə tutulmuş tədbirlərin …

Read More »

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Bu barədə  İKZF-dən bildirilib “Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir”, – məlumatda deyilir. Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” …

Read More »

Azərbaycanda adambaşına düşən orta illik nağdsız əməliyyat sayı 2 dəfə artırılacaq

Azərbaycanda ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib. “Ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın …

Read More »

Azərbaycanda adambaşına düşən ümumi sığorta haqqı 195 manata çatdırılacaq

Azərbaycanda adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib. “Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, …

Read More »

Azərbaycanda ödəniş və elektron pul təşkilatları üçün kapital tələbi müəyyən edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması (1), kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri …

Read More »

Azərbaycan Mərkəzi Bankı “PAŞA Bank”ı cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-yə qarşı 3 109 manat maliyyə sanksiyası tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir. Məlmata görə, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normalarından istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər AMB haqqında qanuna əsasən, qurumun “Məcburi ehtiyatların norması, hesablanması …

Read More »

Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5,6 milyard manata yaxın pul xərcləyib

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 %-i Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və yaxud 2,6 %-i Prezidentin ehtiyat fondunun, 145,3 milyon manatı və yaxud 2,6 %-i dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı …

Read More »

Azərbaycanın bank sektorunun xalis mənfəəti 18 % artıb

Azərbaycanın bank sektoru 2023-cü ildə 1 milyard 075,9 milyon manat xalis mənfəət əldə edib. Boyukmillet.com  xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 17,65 % çoxdur. Ötən il bankların vergiyəqədərki mənfəəti 1 milyard 381,1 milyon manat (əvvəlki ilə nisbətən 17,7 % çox), mənfəət vergisi ödəmələri isə 308,2 milyon manat (17,9 % çox) təşkil edib.

Read More »