Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı idarəsinin rəhbərinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi …
Read More »Azərbaycanda 2 BOKT-un lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Gold Finance” və “Viza Kredit” MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub. Boyukmillet.com bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-dən 52-yə düşüb. “Həmin kredit təşkilatlarının müştərilərinə verdiyi borclar tamamilə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, onlar son …
Read More »Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları). “2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da …
Read More »Azərbaycan bu il işğaldan azad edilmiş ərazilərə 5 milyard manatdan çox pul qoyacaq
Azərbaycan hökuməti 2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərcləri 2 milyard 260 milyon manat və yaxud 75,3 % artırır. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaq.
Read More »ABŞ-da borc tavanının artırılması “Bitcoin”in qiymətinə necə təsir edəcək?
Xeyli vaxt idi ki, Ağ evlə ABŞ müxalifətinin (Respublikaçılar partiyası) dövlət borcunun yuxarı həddinin artırılmasına dair razılığa gələ bilməməsi dünya maliyyə bazarında təşviş yaradırdı. Dünyanın ən böyük iqtisadiyyatının dövlət borcu astronomik həddə 31,4 trilyon ABŞ dollarına çatıb. Sonuncu dəfə dövlət borcunun yuxarı həddi hələ yanvarda müəyyən olunub və o vaxtdan bu yana ABŞ Maliyyə Nazirliyi faktiki olaraq cari xərcləri maliyyələşdirmək üçün borclanmanı …
Read More »İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Bu barədə filialdan bildirilib. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib. Xatırladaq ki, İran Milli Bankının …
Read More »Bakı metrosu ötən il 52 milyon manat subsidiya alıb
2022-ci ildə nəqliyyat və rabitə xərclərindən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 51,9 milyon manat ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir. Sənədə əsasən, Naxçıvan MR-ə edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər …
Read More »Azərbaycanda 4 ayda dövlət xəttilə 165 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 164,9 milyon manat kredit verilib. Boyukmillet.com xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8 % artaraq 108,3 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon …
Read More »Azərbaycan performans auditi üzrə mövzuları DİM-in hədəflərinə uzlaşdıracaq
Azərbaycanda qarşıdakı illərdə performans auditi üzrə mövzuların Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəfləri ilə uzlaşdırılması mühüm tələblərdən biri kimi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bunu Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) Bakıda keçirilən DİM üzrə İşçi Qrupunun ilk fiziki toplantısında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O, qeyd edib ki, Palatanın 2021-2025-ci illəri əhatə edən Strateji Planında 9 strateji hədəf müəyyən …
Read More »Hesablama Palatası Səfərbərlik üzrə Dövlət Xidmətində yoxlamalar aparır
Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır. Bununla bağlı məlumatı Dövlət Xidmətindən təsdiqləyiblər. Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.
Read More »