“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdirdiyi 100 milyon ABŞ dolları dəyərində istiqrazlara 113,997 milyon ABŞ dolları tələb olub. Boyukmillet.com xəbər verir ki, bununla da, yerləşdirmə tam baş tutub. Xatırladaq ki, tədavül müddəti 5 il, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraza …
Read More »Qazaxıstan Azərbaycana maliyyə xidmətlərinin inkişafında dəstək verə bilər
Qazaxıstanın Azərbaycana maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstək göstərməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Twitter”də bildirib. “Bu gün Qazaxıstana səfər çərçivəsində Astana Beynəlxalq Maliyyə Mərkəzində qonaq olduq. Görüşdə Mərkəzin həyata keçirdiyi proqramlar və layihələr, o cümlədən maliyyə xidmətlərinin inkişafı istiqamətində görülən işlərdən danışdıq, Azərbaycanda maliyyə xidmətlərinin inkişafı sahəsində …
Read More »Azərbaycanda yeni BOKT yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Anexs” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb. Boyukmillet.com xəbər verir ki, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Hikmət Səfail İmanovdur.
Read More »“ASCO istiqrazları”na abunə yazılmış investorlar arasında yerləşdirilmə tarixi açıqlanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı uğurla başa çatıb. Boyukmillet.com xəbər verir ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, emissiyanın ümumi həcmi isə 100 milyon ABŞ dolları təşkil edir. İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın anderrayteri – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə …
Read More »Özbəkistan Azərbaycanla gömrük sahəsində əməkdaşlığı gücləndirmək istəyir
Özbəkistan kölgə iqtisadiyyatı ilə mübarizədə vergi və gömrük orqanlarının birgə fəaliyyəti, həyata keçirdikləri nəzarət tədbirləri, idxal-ixrac əməliyyatları zamanı risk profillərinin müəyyənləşdirilməsi və təhlili, qaçaqmalçılıqla mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək, məlumat mübadiləsinin və əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdı. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DGK-nın sədrinin birinci müavini, …
Read More »FED-in qərarları ərəfəsində qızılın qiyməti sabit qalıb
Qızılın qiymətində cüzi dəyişiklik qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,02 % və ya 0,3 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1837 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,49 % artaraq 1 unsiyası 21,175 ABŞ dolları təşkil edib. Birjalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı planlarını qiymətləndirməyə davam edir.
Read More »Samirə Musayeva: “Yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi dəvət edilib”
Azərbaycanda vergi qanunvericiliyinin tamamilə yeni struktur əsasında qurulması nəzərdə tutulur. Bu barədə “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. S. Musayeva bildirib ki, yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi şirkət dəvət edilib: “Qanunvericiliyin həm mahiyyət etibarilə, həm də də struktur olaraq dəyişilməsi nəzərdə tutulur. Vergi qanunvericiliyinin əlçatan, sadə və stabil olması bizim əsas …
Read More »İslam İnkişaf Bankı Qrupunun prezidenti Azərbaycana səfər edəcək
İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Əl-Cəsser fevralın 25-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə bank məlumat yayıb. Səfərin məqsədi IsDB ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin potensial əməkdaşlıq sahələrinin genişləndirilməsidir. İslam İnkişaf Bankının rəhbəri Azərbaycan rəsmiləri, eləcə də tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi məqsədilə ölkənin iri şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcək. Məhəmməd Əl-Cəsser, həmçinin Azərbaycanda IsDB …
Read More »Samir Şərifov: “Azərbaycanda bu il 3 sektor nəticə əsaslı büdcəyə keçəcək”
Bu il Azərbaycanda təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi pilot sektorlarında nəticə əsaslı büdcəyə keçid mexanizminin tamamlanması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. “Bu ildən dövlət büdcəsinin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar üzrə pilot sektorlarda …
Read More »Mərkəzi Bankın valyutadəyişmə monopoliyası – Paytaxtda niyə yalnız 5 məntəqəyə icazə verilib? – Video
Hazırda paytaxt Bakıda çox az sayda valyutadəyişmə məntəqələri mövcuddur. Qeyd edək ki, valyutyadəyişmə məntəqələrinin fəaliyyətinə 2015-ci ildə baş verən devalvasiyadan sonra qadağa qoyulub. Həmin məntəqlər əvvəl bankların nəzdində idi. Boyukmillet.com Azinforum.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Prezidentin sərəncamı ilə yeni valyutadəyişmə məntəqələrinin açılmasına icazə verildi. Bunun üçün qanunvericiliyə uyğun şərtlər də müəyyənləşib. Belə təyinatda məntəqə açmaq istəyən şəxs : …
Read More »