Cümə axşamı , 19 Fevral 2026

Maliyyə

Hesablama Palatası Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkar edib

Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində və tabeli qurumlarında dövlət vəsaitindən və digər dövlət əmlakından istifadə, onların idarə edilməsinə dair uyğunluq auditi aparıb. Boyukmillet.com Palataya istinadən xəbər verir ki, auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib. Yoxlama nəticəsində məlum olub ki, Agentlik …

Read More »

Dünya Bankı Abşeron göllərinin bərpasına qrant ayırıb

Dünya Bankı Azərbaycana “Yaşanılabilən Bakı” layihəsi çərçivəsində Abşeron göllərinin bərpası və ətraf ərazilərin inkişafı üzrə qrant ayırıb. Boyukmillet.com xəbər verir ki, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək. Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək. Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək …

Read More »

Azərbaycanda bankların şübhəli hesab etdiyi maliyyə əməliyyatlarının sayı kəskin azalıb

2024-cü ildə Azərbaycan bankları şübhəli hesab etdikləri 658 əməliyyatla bağlı Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabat təqdim edib. Boyukmillet.com bu barədə MMX-ya istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə azdır. Ötən il investisiya şirkətləri isə şübhəli hesab etdikləri 26 əməliyyat (2023-cü ilə nisbətən 73,3 % çox) barədə MMX-nı məlumatlandırıb. Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci …

Read More »

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb

2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3.600 ABŞ dolları səviyyəsinə yüksələrək tarixi maksimuma çatıb. Boyukmillet.com xəbər verir ki, bunu Nyu-York Əmtəə Birjasının (COMEX) məlumatları sübut edir. Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata əsasən, qiymətli metalın dəyəri bir unsiya üçün 3 600,30 dollar təşkil edib ki, bu da gündəlik 0,99% artım deməkdir. Saat 23:27-yə olan …

Read More »

Azərbaycan manatının dövretmə sürəti iyulda artıb

Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,39 bənd təşkil edib. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,06 bənd az, ötən il avqustun 1-nə nisbətən isə 0,02 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk …

Read More »

Azərbaycanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, …

Read More »

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il iyulun 1-nə 17 milyard 177,4 milyon manat təşkil etmiş daxili dövlət borcunun 8 milyard 26,8 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 150,6 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 12,9 %-i 1 illik, 57 %-i …

Read More »

Azərbaycanın icmal büdcəsində 5 milyard manata yaxın profisit yaranıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunub. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. İcmal büdcədə 4 milyard 764,2 milyon manat həcmində profisit yaranıb. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 % çox), xərcləri 3743,5 milyon manat …

Read More »