Cümə axşamı , 8 May 2025

Maliyyə

Azərbaycan Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon ABŞ dolları investisiya yatırıb. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7 %-dən 12,1 %-ə çatıb. Yanvar-mart aylarında Türkiyə isə Azərbaycan iqtisadiyyatına 261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,7 % azdır. İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun …

Read More »

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Ümumi orta aylıq əmək haqqına görə ölkələrin dünya reytinqində Azərbaycan 2024-cü ilin əvvəlinə 196 ölkə arasında 99-cu yeri tutub. Boyukmillet.com xəbər verir ki, ölkəmizdə orta aylıq əmək haqqı 494 ABŞ dolları təşkil edib. MDB ölkələri arasında ən yüksək əmək haqqı Rusiya (2 159 ABŞ dolları) və Qazaxıstandadır (673 ABŞ dolları). Reytinqdə Azərbaycandan aşağıda Ukrayna (430 ABŞ dolları), Özbəkistan (351 ABŞ dolları), Qırğızıstan (228 ABŞ dolları) və Tacikistan (169 ABŞ dolları) …

Read More »

Azərbaycanda ƏDV-dən azad olunmuş publik hüquqi şəxslərin siyahısı genişləndirilib

Prezident İlham Əliyev 30 iyul 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əssən, siyahıya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Regional Su …

Read More »

Azərbaycan və Dünya Bankı əməkdaşlıq məsələlərini müzakirə edib

İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə görüşdə əməkdaşlığın inkişafı müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, nazir müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə makroiqtisadiyyat, ticarət və investisiya sahələrində praktika meneceri Antonio Nusifora ilə görüşüb. Görüşdə Dünya Bankı ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, Dünya Bankı ilə Azərbaycanda investisiya …

Read More »

Taleh Kazımov III “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov III “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyevlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş tədbirlər və gələcək təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin sədr tərəfindən idarəetmə sahəsində bilik və bacarıqların artırılması istiqamətində tövsiyələr səsləndirilib. F.Hacıyev isə öz növbəsində mentorluq proqramı çərçivəsində …

Read More »

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Boyukmillet.com xəbər verir ki, sorğunun qalibi “HLB Azərbaycan” MMC-dir. Qalib şirkətə 4,5 min manat ödəniləcək.

Read More »

Nazir müavini: “Sosial ödənişlər 11 % artıb”

Bu ilin I rübündə Azərbaycanda sosial ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox olub. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib. …

Read More »

Azərbaycanda “istehlak səbəti”nin tərkibinə yenidən baxılması təklif olunur

Azərbaycanda inflyasiyanın hesablanması üçün istifadə olunan “istehlak səbəti”nin tərkibinə yenidən baxılmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Dövlət Statistika Komitəsi bu ilin aprel ayında Azərbaycanda qiymət artımının qeydə alınmadığını – aylıq inflyasiyanın 0 % olduğunu açıqlayıb. …

Read More »

Türkiyəli ekspert: “Azərbaycanda sığorta sektoru sürətlə inkişaf edir”

Azərbaycanda sığorta sektoru sürətlə inkişaf edir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “T Rup Texnoloji A.Ş” şirkətinin direktoru Erdem Karabostan Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. “Tənzimləyici qurumun çox dəqiq “yol xəritəsi” var. Bu “yol xəritəsi” çərçivəsində də müəyyən siyasət həyata keçirilir. Bu siyasətlin tərkib hissələrindən biri sektoru katastrofik risklərə qarşı dayanıqlı vəziyyətə gətirməkdir. Bu da modellərlə …

Read More »

Ziya Əliyev: “Sığortanın satış kanallarının genişləndirilməsi üçün işlər aparılır”

Azərbaycanda sığortanın satış kanallarının genişləndirilməsi üçün mühüm işlər aparılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. “Sığorta agentlərinin yeni nəslinin yetişdirilməsi AMB-nin diqqətindədir. “Bank-insurance” kanalının genişlənməsi üçün banklarla və sığortaçılarla birlikdə çalışırıq. Bu yaxınlarda bank müştərilərinin həyat sığortasının genişləndirilməsi …

Read More »