Cümə axşamı , 21 Noyabr 2024

Maliyyə

Azərbaycanda sahibkarların satınalmalar portalından istifadə etməsi üçün rüsumlar müəyyənləşib

Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Eyni zamanda Nazirlər Kabinetinin 20 dekabr 2021-ci il tarixli “Açıq tender və …

Read More »

Azərbaycanın maliyyə sektoru Prezident İlham Əliyevi dəstəkləyir – BƏYANAT

Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunun iştirakçıları Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətini dəstəkləyən və onun davam etdirilməsini ifadə edən Bəyanat qəbul edib. Boyukmillet.com xəbər verir ki, bəyanatı “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri rəhbəri Zakir Nuriyev oxuyub: “Son 20 ildə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan heç vaxt olmayan qədər böyük inkişaf yolu keçib, güclü iqtisadiyyat, dayanıqlı maliyyə sistemi …

Read More »

Azərbaycanın bank və mikromaliyyə sektorları 2023-cü ildə

2023-cü il Azərbaycanın bank sektoru üçün zəngin il oldu. Başlayaq ondan ki, Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında qanun dəyişdi. Bununla da, qurumun funksiyaları yenidən müəyyən olundu, İdarə Heyətinin üzvlərinin sayı artırıldı. Ötən il də AMB faiz dəhlizinin parametrlərinə 8 dəfə baxdı. Qurum artım və azalmalarla uçot dərəcəsini 8,25 %-dən 8 %-ə dəyişdi, faiz dəhlizinin yuxarı həddini 9,25 %-dən 9 %-ə endirdi, aşağı həddini isə 6,25 %-dən 6,5 %-ə qaldırdı. Azərbaycanda bankların sayı 2023-cü ildə …

Read More »

Türkiyədə illik inflyasiya 64,77 %-ə çatıb

Türkiyədə illik inflyasiya göstəricisi rekordu yeniləyib. “Report” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, dekabrda illik inflyasiya 64,77 % təşkil edib. Noyabr ayında bu göstərici 61,98 % səviyyəsində qeydə alınmışdı. Dekabr ayında aylıq inflyasiya 2,93 % təşkil edib.

Read More »

Maliyyə Nazirliyi: “Qarabağ və Şərqi Zəngəzura 11,2 milyard manatdan çox vəsait ayrılıb”

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib. “Bu il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana …

Read More »

Azərbaycanda əmanət faizlərinin vergiyə cəlb olunması qaydası dəyişir

Gələn ildən Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması qaydası dəyişəcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azad idi. Azadolmanın müddəti bu il fevralın 1-də bitdiyindən həmin …

Read More »

Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi qoyulub

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nı və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”i təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 …

Read More »

Hesablama Palatası Mədəniyyət Nazirliyinin qurumları ilə bağlı Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası Mədəniyyət Nazirliyində və onun qurumlarında yoxlamalar aparıb. Boyukmillet.com bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nazirliyə və və Kino Agentliyinə dövlət sifarişi ilə film çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyaların dövlət vəsaitini və digər dövlət əmlakını idarə etməsinin hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 2022-ci ili və 2023-cü …

Read More »

Rubl alanlara şad xəbər!

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmilletcom xəbər verir ki, , Rusiya rublunun məzənnəsi 1,62 % artaraq 0,0188 manat, avronun məzənnəsi isə 0,02 % artaraq 1,8301 manat təşkil edib.

Read More »