Bazar , 23 Fevral 2025

Manşet

İlham Əliyev: Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib

İlham Əliyev Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir Belə ki, Hardrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistanın hərbçilərinin işğalından azad olunub.

Read More »

Azərbaycan əsgəri: “Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”

Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərindən hazırlanmış videoörüntülərdə düşmənin məhv edilmiş hərbi texnikalarının qaldığı da görünür. Boyukmillet.com xəbər verir ki, videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır. Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər: “Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün …

Read More »

Samir Adıgözəlli: “Gürcüstan, həqiqi mənada, bir qonşu dövlət olaraq bu tarixi sınaqdan alnıaçıq çıxdı, İran isə çıxa bilmədi”

Bildiyimiz kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisinə qarşı terror əməlləri həyata keçirir, yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutur, nəticədə mülki əhalimiz həlak olub. Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir. Azərbaycanın öz mülki əhalisinin təhlükəsizliyini qorumaq, vətəndaşlarımıza qarşı erməni hücumlarının, təxribat və terrorunun qarşısını almaq, işğal altında …

Read More »

Türkiyə vətəndaşlarından Azərbaycan Prezidentinə dəstək məktubları gəlir

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr öz vətəndaşlarımızla yanaşı digər ölkələrin vətəndaşları tərəfindən də böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Onlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Boyukmillet.com xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. Türkiyə Respublikasının …

Read More »

MN: Madagizdəki Ermənistan əsgərləri döyüşə girməkdən imtina edir və qaçırlar

 “Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub”. Boyukmillet.com xəbər verir ki bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.  “Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu …

Read More »

Hərbi vəziyyətin tətbiq edildiyi rayon və şəhərlər açıqlandı

Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanına əsasən ölkəmizdə hərbi vəziyyət elan edilib. Bu barədə sentyabrın 27-də Azərbaycan Respublikası Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib. Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də Ermənistan bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə …

Read More »

Nazirlik Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad olunmasının əhəmiyyətini açıqladı

Azərbaycan Ordusu Murovdağ silsiləsindəki yüksəklikləri işğaldan azad edib.  Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Ordusu Vardenis-Ağdərə yolunu nəzarətə götürüb. “Bu da Ermənistandan işğal altında olan ərazilərə hərbi yüklərin daşınmasının qarşısını alır”, – deyə A.Eyvazov əlavə edib.

Read More »

Azərbaycanda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edildi

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə sənəd qəbul edib. Trend-in məlumatına görə, hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur. Qeyd edək ki, bu gün parlamentin növbədənkənar iclası çağırılıb. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı …

Read More »

Azərbaycan və Türkiyə XİN başçıları cəbhədəki vəziyyəti müzakirə edib

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. Telefon danışığı zamanı cəbhədəki vəziyyət müzakirə olunub.

Read More »

Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi – VİDEO

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq …

Read More »