Manşet

İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması sərhədçilərimiz tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində bu gün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən dövlət bayrağımız ucaldılıb və bu sərhəd …

Read More »

Azərbaycan Prezidenti: “Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir”

“Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, şəhər olsun. Təpə olsun, dağ olsun – o da önəmlidir. Şəhərlərə, onsuz da, qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. …

Read More »

Diaspor Mərkəzi Əsgərlərimiz üçün qurban kəsib

Beynəlxalq Diasporun təşkilatçılığı ilə bir qrup Diaspor,ictimaiyyət nümayəndələri ön cəbhədə əsgərlərlə görüşmüşdür. Boyukmillet.com xəbər verir ki, mərkəzin Qarabağ departamentinin rəhbəri Laçın Qazaxov şəxsi təsərüfatından 25 ədəd qurbanlıq heyvan əsgərlərimizin ayağı altında  kəsilmişdir. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Boyukmillet.com-a açıqlamasında bildirib ki,”əsgərlərimizdə döyüş ruhu qələbəyə inamı çox yüksək səviyyədə gördük. Bizlərin bütövlükdə xalqımızın daim ordumuzla yaxından maraqlanması əsgərlərimizdə böyük sevinc …

Read More »

Ermənistan tələblərimizi yerinə yetirməsə, yenə hərbi yolla onları qovmalı olacağıq”

İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Bakı-xəbər qəzetinə bildirdi ki, Moskva razılaşması ilə bağlı yanlış təsəvvür yaratmağa çalışanlar var: “Bir qədər soyuqqanlı yanaşmalıyıq. Əldə edilən razılaşma heç də o anlama gəlmir ki, biz müharibəni tam dayandırmışıq. Bizim şərtlərimiz aydındır, bunu bəyan etmişik. Bu 13 gün ərzində biz işğal altında olan ərazilərimizin bir qismini hərbi yolla azad etdik. …

Read More »

İlham Əliyev: Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib

İlham Əliyev Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir Belə ki, Hardrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistanın hərbçilərinin işğalından azad olunub.

Read More »

Azərbaycan əsgəri: “Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!”

Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərindən hazırlanmış videoörüntülərdə düşmənin məhv edilmiş hərbi texnikalarının qaldığı da görünür. Boyukmillet.com xəbər verir ki, videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır. Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər: “Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün …

Read More »

Samir Adıgözəlli: “Gürcüstan, həqiqi mənada, bir qonşu dövlət olaraq bu tarixi sınaqdan alnıaçıq çıxdı, İran isə çıxa bilmədi”

Bildiyimiz kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisinə qarşı terror əməlləri həyata keçirir, yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutur, nəticədə mülki əhalimiz həlak olub. Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir. Azərbaycanın öz mülki əhalisinin təhlükəsizliyini qorumaq, vətəndaşlarımıza qarşı erməni hücumlarının, təxribat və terrorunun qarşısını almaq, işğal altında …

Read More »

Türkiyə vətəndaşlarından Azərbaycan Prezidentinə dəstək məktubları gəlir

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr öz vətəndaşlarımızla yanaşı digər ölkələrin vətəndaşları tərəfindən də böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Onlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar. Boyukmillet.com xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur. Türkiyə Respublikasının …

Read More »