Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistanda fəaliyyət göstərən kombinat tərəfindən çirkləndirilməsindən danışılır. Qeyd edilir ki, Oxçuçay sənaye tullantıları ilə çirkləndirilib, suvarma üçün yararsız hala gətirilib və çaydakı balıqlar məhv olmaq təhlükəsi ilə üzləşib. Yazıda, həmçinin kombinatın əsas səhmdarlarından birinin “CRONIMET” alman şirkəti olması barədə məlumat verilib. Məqalədə …
Read More »Tovuz döyüşlərindən 1 il ötür
Bu gün Tovuz döyüşlərinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun …
Read More »Naxçıvan nümayəndəsi ABŞ səfiri ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenbergerlə görüşüb. Daimi nümayəndəlikdən bildirilib ki, görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi münasibətlər, yüksəksəviyyəli tərəfdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.
Read More »Prezident Dövlət Agentliyinə 6,2 milyon manat ayırdı
Prezident İlham Əliyev “Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş …
Read More »DSX rəisi: “Yeni hərbi hissələr Ermənistanla sərhədin əhəmiyyətli hissəsini qoruyacaq”
“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Qubadlı və Laçın …
Read More »Mübariz İbrahimovun ev muzeyi açılıb
Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvarın Əliabad kəndində tədbir keçirilib. Açılış mərasimində deputat Fəzail İbrahimli, rayon rəsmiləri, şəhid valideynləri, yerli sakinlər və qəhrəmanın yaxınları iştirak edib. Açılışdan əvvəl tədbirdə çıxış edənlər qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar. Eyni zamanda məktəblilər qəhrəmana həsr olunmuş şeirlər səsləndirib. Daha …
Read More »Azərbaycan və Türkiyə Hava Nəqliyyatı Müqaviləsi imzalayacaq
Bu ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında Hava Nəqliyyatı Müqaviləsi imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub. Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə bu ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, Mülki Aviasiya İdarəsi həyata keçirəcək.
Read More »Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən abidə ucaldılacaq
Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq. Boyukmillet.com-un xəbərinə görə, abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imeratorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək. Abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur. Abidənin yeri hələ ki, müəyyənləşdirilməyib.
Read More »Azərbaycanda beynəlxalq müdafiə sərgisi keçiriləcək
2022-ci ildə Azərbaycanda “ADEX-2022” Beynəlxalq Müdafiə sərgisi keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, sərgiyə Türkiyə firmalarının da qoşulması koordinasiya ediləcək. Azərbaycan sərgidə Türkiyə istehsalı olan müdafiə sənayesi məhsulları və sistemlərinin satışına dəstək göstərəcək.
Read More »Azərbaycanın yeni iqtisadi rayonları – SİYAHI
Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib: 1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri); 1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı …
Read More »