Çərşənbə axşamı , 7 May 2024

Mədəniyyət

Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək

Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən V Xarıbülbül Beynəlxalq Folklor Festivalı təşkil olunacaq. Festivalın 2022-ci il 12-14 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulub. İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 …

Read More »

İncəsənət Gimnaziyasının şagirdləri Tbilisidə tamaşa-konsert proqramı ilə çıxış ediblər

Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki Respublika İncəsənət Gimnaziyasının şagirdləri Gürcüstanın paytaxtı Tbilisidə tamaşa-konsert proqramı ilə çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210-cu illiyinə həsr olunan tədbir görkəmli ədibin adını daşıyan Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutub. Gimnaziyanın Teatr şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə çıxış edərək M.F.Axundzadənin …

Read More »

Pakistanın BMT-dəki nümayəndəsi: “Azərbaycanın mədəni layihələrinə töhfə verməyə hazırıq”

Pakistanın Azərbaycan ilə sıx dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazırdır. Boyukmillet.com-un məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimovla ABŞ-da keçirilən görüşdə Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm bildirib. Görüşdə Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də mədəni əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Nazir Azərbaycanda həyata keçirilən müxtəlif beynəlxalq layihələr …

Read More »

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın heykəlinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. “Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlinin açılış mərasimi olub”, – səfirliyin məlumatında vurğulanıb. …

Read More »

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb. Boyukmillet.com xəbər verir ki, festival Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir. Dünyanın müxtəlif ölkələrinin kulinarlarını bir araya gətirən tədbirin məqsədi Şuşanın qədimliyini, gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini bir daha nümayiş etdirməkdir. Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə …

Read More »

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tarixi binlarından olan və ictimai siyasi tədbirlərin keçirildiyi məkan Meridian Beynəlxalq Mərkəzində ( Meridian İnternational Center) “Azərbaycan Mədəniyyət Gecəsi” adlı caz konserti və qəbul keçirilib. Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən “Report”a verilən məlumata görə, ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirə …

Read More »

Polad Həşimovla bağlı film çəkilib

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib. “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb. “Poladın izi ilə” …

Read More »

Builki “Xarıbülbül” Festivalının keçiriləcəyi tarix müəyyənləşib

“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib. Boyukmillet.com xəbər verir ki, Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq. İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya …

Read More »

Hüseyn Cavidin büstü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə olunub

Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu Hüseyn Cavidin büstü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mədəniyyət naziri Anar Kərimov tviter hesabında bildirib. “Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu və gəhrəman oğlu Hüseyin Cavidin 140 illik yubileyi münasibətilə onun büstünün ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən danışdıq”, – nazir qeyd edib.

Read More »

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər. Boyukmillet.com  xəbər verir ki, ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək. Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə …

Read More »