Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmasıdır. Belə ki, dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri …
Read More »Media məhsullarının təqdim edilməsi ƏDV-dən azad olunub
Azərbaycanda media subyektlərinin məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.
Read More »İTV-nin Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib. İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub. Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq bildirib ki, iş …
Read More »Müharibə şəraitində mətbuat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı müzakirə olunub
“Müharibə şəraitində mətbuat sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığı” mövzusunda interaktiv mühazirə keçirilib. Boyukmillet.com xəbər verir ki, tanınmış azərbaycanlı jurnalist, Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un media direktoru Həmid Həmidov interaktiv mühazirədə mühazirəçi qonaq qismində iştirak edib. Onlayn görüşün moderatoru Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçaruk olub. Mühazirə zamanı Ukrayna və Azərbaycan jurnalistləri arasında əməkdaşlığın inkişafı, onların fəaliyyətinin Ukrayna və Azərbaycan …
Read More »Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur
Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.Xalqxeber.Az günün 24 saatı işləyir. Boyukmillet.com xəbər verir ki, ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir. Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur.Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ …
Read More »“Açıq mikrofon”da bu dəfə Birliyin həllinə nail olduğu müraciətlərdən danışıldı
SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. “Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Boyukmillet.com xəbər verir ki, Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib. Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Əvvəldə qeyd etdiyimiz Hacıməlik …
Read More »“Təkzib, cavab və düzəlişin verilməsi medianın mədəni davranış formasıdır” – RƏY
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyənləşdirilən qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurası bir müddət əvvəl bildirmişdi ki, bəzən …
Read More »Əhməd İsmayılov: “Media savadlılığının artırılması üçün vacib işlər görülür”
“Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir: “Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün də vacib addımlar …
Read More »Jurnalistlər Türkiyə səfirliyini ziyarət etdi – Zəlzələdə həyatını itirənlər ANILDI – VİDEO
Avropa.info xəbər portalının redaktoru Rəsul Mirhəşimlinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup jurnalist bu gün Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatlarını itirənlərin xatirəsini yad etmək və qardaş ölkəyə dəstək ifadə etmək üçün Türkiyənin Bakıdakı səfirliyinin qarşısında toplaşıb. Boyukmillet.com xəbər verir ki, qardaş ölkədə baş verən zəlzələ zamanı dünyasını dəyişən soydaşlarımızın xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Tədbir iştirakçıları təbii fəlakət zamanı …
Read More »Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub – FOTO
Saleh Haciyev Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib. II dərəcəli hüquqşünas Saleh Hacıyev bu təyinata qədər Baş Prokurorluqda Mətbuat Xidmətinin rəhbəri əvəzi kimi bu vəzifəni icra edirdi. O, ötən ilə qədər Baş prokurorun köməkçisi vəzifəsində çalışıb.
Read More »