Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər sabah saat 16:00-da satışa çıxarılacaq. Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, sərnişinlər biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün …
Read More »“Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi rakurs” kitabının təqdimatı keçirilib
ADA Universitetində Yuta Universitetinin Siyasi elmlər kafedrasının professoru Hakan Yavuzun “Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi rakurs” kitabının təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, kitab ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə dəstəyi ilə nəşr edilib. H.Yavuz təqdimat mərasimində keçmiş Dağlıq Qarabağ münaqişəsi mövzusunun hərtərəfli işıqlandırılmasını və həqiqətlərin dünyaya çatdırılmasını vacib sayıb: “İndiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 11 …
Read More »Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb
2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb. Videoda görünür ki, cənublu soydaşlarımız bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırmasını qürur və fəxarətlə qeyd edir, hərbçilərimizə “Yaşasın Azərbaycan”, “Azərbaycan, Azərbaycan” şüarları ilə dəstək olurlar. Qeyd edək ki, …
Read More »Fərrux yüksəkliyində antiterror əməliyyatları keçirmiş hərbi birləşmənin adı açıqlanıb
“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq …
Read More »İlham Əliyev: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb”
“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdə deyib. Onun sözlərinə görə, bugünkü iclas regional məsələlərə həsr olunub: “Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik …
Read More »Cəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.
Read More »Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq
Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib. Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib. …
Read More »Cəlilabadda Qarabağ müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub
Birinci Qarabağ müharibəsi şəhidi Eyvazov Mirzağa Oruc oğlunun xatirəsinə bulaq açılışı olub. Boyukmillet.com xəbər verir ki,bulaq Cəlilabad rayonunun Qarazəncir kəndində tikilib. Açılış mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, şəhid M. Eyvazov 1967-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. 1992-ci ildə Qarabağ döyüşləri zamanı şəhadətə yüksəlib.
Read More »Britaniya Edillidə törədilmiş kütləvi qətllərin günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır
Böyük Britaniya Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahkar olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırır. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkar edilməsini şərh edərkən bildirib. “Böyük Britaniya hökuməti hər zaman hərbi cinayətlərin araşdırılmasının vacibliyini vurğulayıb. Xocavənddəki kimi vəhşiliklərin törədildiyi yerlər araşdırılmalıdır. Hərbi cinayətlərə görə günahkar olan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır”, – səfirlik vurğulayıb. …
Read More »Şuşada gələn ilin sonundan 2 500 insan yaşayacaq
Şuşada gələn ilin sonundan 2 500 insan yaşayacaq.Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. “Əhalinin qayıdışına hazır olmalıyıq. Gələn ildən biz sosial və turizm sektorunda məşğulluq üçün çalışacağıq. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada əsas məqsədimiz turizmdir”.
Read More »