Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Prezident: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”
“Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib. “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz …
Read More »Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
Hazırda Zəngilan Hava Limanında sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlıq tədbirləri görülür. Boyukmillet.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib. “İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi …
Read More »Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək – SƏRƏNCAM
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad …
Read More »Yaralı əsgərlər hospitalda ziyarət ediliblər
Lənkərandan olan yaralı əsgərlər hospitalda ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan Lənkəran rayon sakinləri Həmidzadə Afiq Şamil oğlu və Sadıxov Pənah Sulduz oğlunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın Bakı şəhərində müalicə aldıqları hərbi hospitalda ziyarət edib. T.Qaraşov yaralı əsgərlərlə görüşərək onlarla söhbət edib, səhhətləri, reabilitasiya prosesi və qayğıları ilə maraqlanıb, tezliklə …
Read More »Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin”, – nazirlikdən bildirilib.
Read More »Ərdoğan: “Oktyabrda Zəngilan hava limanının açılışı olacaq”
“Oktyabrın 20-də Zəngilan hava limanının açılışı olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Qarabağa gəlincə, bütün region ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir”, – Türkiyə lideri qeyd edib.
Read More »Bu gün Zəngilanın Ağalı kəndində 29 ildən sonra ilk dərs günü olacaq
Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra bu gün ilk dəfə dərslər keçiriləcək. Boyukmillet.com xəbər verir ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib. Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edəcək. Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev …
Read More »Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edilib
Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlıBudaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib. Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətinnümayəndələri iştirak ediblər. Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin!
Read More »Şəhid Murad Rəsulov Şabranda dəfn edilib
Şəhid Murad Rəsulov Şabran rayonunda torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 2000-ci il təvəllüdlü leytenant Murad Rəsulov Şabran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyəti rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Allah rəhmət eləsin!
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
