Cümə axşamı , 16 Yanvar 2025

Qarabağ

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir

Tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları “Şuşa İli” ilə bağlı təşkil olunmuş …

Read More »

Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb

Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: 1. Biz, Azərbaycanın mədəniyyət paytaxtı və 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçıları, …

Read More »

Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsi çox vacib problemdir və mümkün qədər tez həll edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Şuşada olan Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim bildirib. “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə öz həllini tapacaq. Bu nə qədər tez baş versə, dövlət ərazilərin bərpası üzərində işlərə bir o qədər tez başlaya biləcək”, – səfir deyib. “Beynəlxalq …

Read More »

Azad olunmuş torpaqlarda beynəlxalq şahmat turniri keçirilə bilər

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib. Boyukmillet.com xəbər verir ki, qurumun prezidenti Mahir Məmmədov və 1-ci vitse-prezidenti Faiq Həsənov mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Səfərdə əsas məqsəd yaxın gələcəkdə həmin ərazilərdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır. Səfərlə bağlı təəssüratlarını bölüşən M.Məmmədov bunları söyləyib: “Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün …

Read More »

Nazir: “Münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır”

“Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. O, sözügedən şəhərdə Azərbaycan mədəniyyətinin xeyli dahi nümayəndələrin anadan olduğunu, Şuşanın öz muğam ifaçıları ilə məşhur olduğunu …

Read More »

İsrailin kənd təsərrüfatı naziri: “Qarabağ regionunda əməkdaşlıq üçün yaxşı potensial var”

“Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer mayın 17-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlət başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və …

Read More »

Türkiyə işğaldan azad olunan ərazidə iki müəssisə yaradır

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi yaradır. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki bildirib. Onun sözlərinə görə, Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi üçün layihələr hazırlanıb. Nazir müavini qeyd edib ki, işlər sürətlə həyata keçirilir: “Türkiyə Azərbaycanla meşəçilik …

Read More »

Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq. Boyukmillet.com xəbər verir ki, festival mayın 14-dək davam edəcək. Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçiriləcək. Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, …

Read More »

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın, eləcə də iki ölkə nümayəndələrinin sərhədin demarkasiyası və delimitasiyası məsələləri üzrə görüşü yaxın vaxtlarda baş tutacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Hollandiyada Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə zamanı deyib. “Yaxın vaxtlarda demarkasiya və delimitasiya üzrə nümayəndələrimizin görüşü planlaşdırılır, həmçinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Biz …

Read More »

Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Read More »