Bazar , 11 Yanvar 2026

Qarabağ

BQXK I Qarabağ müharibəsində itkin düşən 316 nəfərin ailəsindən bioloji nümunə götürüb

Ötən il Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ müharibəsi nəticəsində saxlanılan şəxslərə 94 başçəkmə həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib. Qeyd olunub ki, bu başçəkmələr 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib. Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilmələri üçün 1760 telefon kartı verilib. Saxlanılan erməni əsilli şəxslər üçün bilavasitə zənglər, …

Read More »

Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4) kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu (8), Laçın rayonunun Güləbird (9), Zəngilan rayonunun Məmmədbəyli (10) və Cahangirbəyli (11), Cəbrayıl rayonunun Horovlu (12) və Şuşa rayonunun Daşaltı (13) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının şəhərsalma …

Read More »

İlham Əliyev: “Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir”

“Ermənistan hökuməti tərəfindən regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş bəyanatlar verilir. Biz hər zaman bunun tərəfdarı olmuşuq. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan …

Read More »

Ceyhun Bayramov: “Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq”

“Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib. “Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük” – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil: “Müəyyən …

Read More »

İlham Əliyev: “Qarabağın yaşıl enerjinin inkişafı üçün əhəmiyyətli potensialı var”

“İlkin məlumata görə, azad edilən ərazidə 9 200 meqavatt günəş və külək enerjisi potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib. “Artıq 20 meqavatlıq stansiya istifadəyə verilib, bu il daha 25 meqavatlıq stansiya istifadəyə veriləcək, amma bunlar yalnız su elektrik stansiyalarıdır, burada hidroenergetikanın daha böyük potensialı …

Read More »

Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar

Şuşada keçirilən konfransa toplaşan dünyanın bir sıra ölkələrinin aparıcı beyin mərkəzlərinin nümayəndələri şəhərin görməli yerləri ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrin aparıcı mütəxəssisləri Şuşa şəhərinin mərkəzi meydanına gələrək qala divarlarına baxış keçirib, Cıdır düzündə gəzintiyə çıxıblar. Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov …

Read More »

Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək

Latviya Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə işlərinə kömək etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Bakıda jurnalistlərə bildirib. “Minalı sahələr məsələsi böyük bir faciədir. Qarabağ torpağı minalarla doludur. Latviya da iki dünya müharibəsini yaşadığı üçün biz bunları gözəl başa düşürük. Bizdə də indiyədək minalar aşkarlanır, bu işlərdə təcrübəmiz yüksək səviyyədədir. Bu …

Read More »

İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək. Boyukmillet.com xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb. Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir. Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib. …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir”

“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”. Boyukmilet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib. “Biz buna hazırıq, indi top Ermənistandadır”, …

Read More »

Şuşada beynəlxalq konfrans keçiriləcək

Şuşada beynəlxalq konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb. “Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm …

Read More »