Şuşada silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2 712 müxtəlif çaplı …
Read More »Türkiyə və Rusiya XİN başçıları Qazaxıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. Nazirlər həmçinin NATO-Rusiya görüşü, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Read More »Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır – FOTO
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (RMX) yaralı döyüşçüləri ziyarət edənlərdən birinin burada unutduğu çantanın sahibi hələ də axtarılır. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi zamanı hərbi xəstəxanaya çevrilən Biləsuvar RMX-da yaralı döyüçşçüləri ziyarət edənlərdən biri burada çantasını unudub. Xəstəxanadan bildirilib ki, çanta yaralı döyüşçülərdən birinin yanına gətirilən övladına aiddir: “Çantanın içində uşaq paltarları var”. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi …
Read More »Prezident 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu …
Read More »Erməni politoloq: “Gələcəkdə Türkiyənin Cənubi Qafqazda rolu artacaq”
“Gələcəkdə Türkiyə və İranın Cənubi Qafqazda rolu artacaq və Rusiya ən azı öz mövqeyini qoruyub saxlamağa çalışacaq”. Boyukmillet.com xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan “News.am”a açıqlamasında deyib. Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz regionunda Rusiyanın təsiri azalıb və buna paralel olaraq, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin rolu artıb. “Qərb də aktiv olmağa çalışır, amma dünya …
Read More »Cəbrayılda minalardan təmizlənmiş 30 min hektara yaxın ərazidə meşə salınacaq
“Cəbrayılda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur”. Boyukmillet.com-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib. Onun sözlərinə görə, 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq: “Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir”.
Read More »Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb
Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmalıdır: “Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cü il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm …
Read More »Şuşada 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, elektron xəritələri hazırlanıb
“Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib. Onun sözlərinə görə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.
Read More »Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzurda regional idarələri yaradılacaq
“Azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib. Onun sözlərinə görə, Dövlət Xidmətinin regional idarələrinin Qarabağ və Şərqi Zəngəzur zonalarında yaradılması planlaşdırılır. Nazir həmçinin bildirib …
Read More »Daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Boyukmillet.com xəbər verir ki, həmin şəxslər aşağıdakılardır: 1. Xəlilov Saleh Aydınəli oğlu2. Əliyev Qüdrət Məhəmməd oğlu3. Babayev Orxan Səfər oğlu Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin …
Read More »