Şənbə , 6 Dekabr 2025

Qarabağ

Perulu jurnalist işğaldan azad olunmuş ərazilərdəki vəziyyət haqqında yazıb

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Vətən müharibəsindəki qələbəmizin ilk ildönümü münasibətilə “Qarabağın Azərbaycan tərəfindən azad edilməsindən bir il ötür” başlıqlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, yazıda Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazisi olan və 90-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsini bir il …

Read More »

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşada olublar

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şuşaya səfər ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov tvitter hesabında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun iştirakı ilə baş tutan səfərdə dostluq qrupunun rəhbəri Bob Bləkmən və digər üzvlər Şuşanın tarixi …

Read More »

Kəlbəcər istiqamətində mühəndis texnikalarımız atəşə tutulub

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Boyukmillet.com bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Pakistan səfiri: “Azərbaycan xalqı torpaqlarını öz iradəsi və qətiyyəti ilə geri qaytardı”

“Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü öz iradəsi və qətiyyəti ilə təmin etməyi bacardı”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın bu ölkədəki səfiri Şəfqət Əli Xan Moskvada Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş tədbirdə bildirib. “Azərbaycanlılar hərbi gücə əl atmadan uzun müddət və səbrlə məsələnin həllini gözlədilər. Lakin sonda silahı işə salmağa məcbur oldular. Münaqişənin həll olunmasına sevinirik. Biz bütün regionda sülh …

Read More »

Türkiyənin Rusiyadakı səfiri: “Biz Azərbaycanın qələbə sevincini bölüşürük”

“Prezident İlham Əliyevin və Azərbaycan xalqının səyləri nəticəsində 30 il işğal altında qalmış Qarabağ geri qaytarıldı. Bu, Türkiyə xalqı üçün çox əhəmiyyətli hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar Moskvada Azərbaycanın İkinci Qarabağ müharibəsində qazanılan Zəfərinə həsr olunmuş tədbirdə bildirib. “Heydər Əliyev deyirdi ki, “Türkiyə və Azərbaycan bir millət – iki dövlətdir”. Biz Qarabağ müharibəsindən əvvəl də Azərbaycana tam dəstək …

Read More »

Ağstafada Zəfər Günü qeyd edilib

Ağstafa rayonunda 8 noyabr – Zəfər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, öncə Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən oğullarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Tədbirdə şəhid ailə üzvləri, ictiamiyyət nümayəndələri, qazilər, müharibə veteranları iştirak edib. Rayon mərkəzində şəhidlərin adları qeyd olunan xatirə abidəsini şəhid valideynlərinin iştirakı ilə açılışı olub. Daha sonra Heydər …

Read More »

Cəlilabadda zəfər yürüşü keçirilib

Cəlilabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, Zəfər yürüşündə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüş Heydər Əliyev adına parkdan başlayıb və Şəhidlər Xiyabanında başa çatıb. Yürüş iştirakçıları Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda …

Read More »

Vətən müharibəsi şəhidi Daşkəsəndə anılıb

Daşkəsən rayonunda Vətən müharibəsi Şəhidi Novruz İsmayılovun anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Şəhidin yaxınları ilə yanaşı, qazilər, ictimaiyyət nümayəndələri hüquq mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun eləcədə Şəhid Novruz İsmayılovun göstərdiyi şücaətdən …

Read More »

Zərdabda Zəfər Günü qeyd edilib

Zərdabda 8 Noyabr – Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışdı, eynilə ötən ilin bu günü olduğu kimi. Bir il bundan əvvəl insanlarımız xalqımızın tarixi qələbəsini qeyd edirdi, bu gün isə həmin şanlı zəfərin bir ili tamam olur. İlk olaraq rayon sakinləri Şəhidlər Xiyabanını ziyarət edib, bizlərə qələbə …

Read More »

Kürdəmirdə Zəfər Günü qeyd edilib

8 Noyabr – Zəfər Günü Kürdəmirdə izdihamla qeyd edilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclərdən ibarət olan hərbi şahin dəstələri sıra yürüşü keçirib. Hərbi vətənpərvərlik mövzusunda meydanlarda yaşanan maraqlı anlar yerli sakinlərin də böyük marağına səbəb olub. Sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışdı, eynilə ötən ilin bu …

Read More »