Cümə , 17 Yanvar 2025

Qarabağ

Sentyabrın 18-dən 24-dək Şuşada Üzeyir Hacıbəyli Musiqi Festivalı keçiriləcək

Sentyabrın 18-dən 24-dək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə bu ilki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində …

Read More »

Şuşa şəhərinə qalib ölkənin vətəndaşları kimi gəlməyimizlə qürur duyuruq

Qalib Azərbaycanın vətəndaşı kimi Şuşanı ziyarət etmək hər birimizin ən böyük arzusu olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək Şuşanı işğaldan azad edən rəşadətli Ordumuzun sayəsində bu gün bu xoşbəxtlik bizə nəsib oldu. Keçirdiyimiz hissləri sözlə ifadə etməkdə çətinlik çəkirik. Qalib ölkənin vətəndaşları kimi Şuşa şəhərinə gəlməyimizlə qürur duyuruq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Demokratik …

Read More »

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri Cıdır düzündə olub

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Cıdır düzünü ziyarət edib. Gənclərə Vətən müharibəsi zamanı Şuşada gedən döyüşlər barədə məlumat verilib. Qəhrəman əsgərlərimizin çətin dağlardan keçərək …

Read More »

Gənclər təşkilatlarının nümayəndələri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olub

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib. Gənclərə Şuşanın işğalı zamanı Molla Pənah Vaqifin muzey-məqbərəsinin …

Read More »

Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşaya səfəri başlayıb

Azərbaycanın gənclər təşkilatları nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində erməni vandalizminin acı nəticələri, tarixi-mədəni abidələrlə, eləcə də aparılan bərpa-quruculuq işləri ilə tanış olcaqlar. Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və …

Read More »

Qazaxıstan parlamentinin nümayəndə heyəti Şuşa və Füzulidə olub

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Nümayəndə heyətini Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd …

Read More »

MN: Digər ölkələrin avtomobillərinin Qarabağa keçməsi ilə bağlı Rusiyaya müraciət edib

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Boyukmillet.com xəbər verir ki. bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.“Məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı …

Read More »

“Şuşa tək Azərbaycanın yox, həm də dünyanın incisidir” – Eyyub Hüseynov

“Müstəqillik dövründə Şuşaya ilk səfərimdir. Çox böyük təəssürat aldım”. Bunu “Report”a Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib. “Atam Şuşalıdır. Gəldim, çox böyük təəssürat aldım. Şükür edirik ki, biz bu gün Şuşadayıq. Şəhərə gəldiyimiz zaman bu yollarda erməni vəhşiliyinin, erməni vandalizminin izlərini gördük. Dünyanın heç bir yerində bu cür dağıdıcı millət yoxdur”, – deyə, o bildirib E. Hüseynovun fikrincə, Şuşa tək …

Read More »

“Biz fəaliyyətimizi Şuşada davam etdirməliyik” – QHT sədri

“Rayonlarımız, şəhərlərimiz bərpa olunduqca, biz fəaliyyətimizi burada, yeni böyük şəhərlərdə davam etdirməliyik”. Bunu “Report”a “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, artıq Şuşaya ikinci səfəridir, yalnız keçirdiyi hisslər eyni qalıb: “Avtobusda qalxa-qalxa deyirdim ki, “Can, siz buraları necə qalxmısınız ? Siz buranı necə fəth etmisiniz , necə almısınız ? Bütün şəhidlərin qarşısında baş əyirəm. Bizə bu sevinci, …

Read More »

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 663-yə çatıb.

Read More »