Cümə , 17 Yanvar 2025

Qarabağ

Hikmət Hacıyev: “Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı diplomatik nümayəndəliklər məlumatlandırılıb”

Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı diplomatik nümayəndəliklərin rəhbərləri məlumatlandırılıb”.  Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, ölkə sərvətlərindən istifadə edib və ətraf mühitə ziyan vurub.

Read More »

Şuşa-Xankəndi yolunda aksiya bir sutkadır davam edir, səsucaldıcılarla şüarlar səsləndirilir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları bir sutkadır davam edir. Boyukmillet.com xəbər verir ki, ötən gün səhər saatlarından başlayan aksiya gecə boyu davam edib. Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər. Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb. Aksiya iştirakçıları …

Read More »

Təcili:Şuşada etiraz aksiyası:sülhməramlılar “sülhməramlı” missiyasından başqa hər şeyi edirlər-ÖZƏL

Boyukmillet.com xəbər verir ki, sülhməramlılar Şuşada Laçın yolunu bağlayıblar və buna qarşı kəskin etiraz aksiyası başlayıb. Əsgər ailələrinə dəstək ictimai birliyinin sədri, jurnalist Mətanət Əsgərqızı bildirib ki,bu gün bir qrup ictimai fəal və QHT rəhbərləri ilə Şuşaya gəldik.Bilirsiniz ki, günlərdir ekoloqlar yataqlarda monitorinq aparmaq istəyirlər.Ancaq bu monitorinqə icazə verilmir və biz bu gün biz 100-dən çox QHT rəhbərləri ilə buraya …

Read More »

Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə baş tutmayıb

“Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında bildirib. “Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat …

Read More »

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncama əsasən, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. …

Read More »

SON DƏQİQƏ: Azərbaycan rəsmiləri Xankəndiyə daxil olmaq üçün ərazidədir

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib. ETSN-dən verilən xəbərə görə, 2022-ci il 3 dekabr tarixində saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və …

Read More »

Şuşa, Ağdam və Füzuliyə dekabr ayına olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər sabah saat 16:00-da satışa çıxarılacaq. Boyukmillet.com nazirliyə istinadən xəbər verir ki, sərnişinlər biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün …

Read More »

Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayılıb

2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb. Videoda görünür ki, cənublu soydaşlarımız bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırmasını qürur və fəxarətlə qeyd edir, hərbçilərimizə “Yaşasın Azərbaycan”, “Azərbaycan, Azərbaycan” şüarları ilə dəstək olurlar. Qeyd edək ki, …

Read More »

Fərrux yüksəkliyində antiterror əməliyyatları keçirmiş hərbi birləşmənin adı açıqlanıb

“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq …

Read More »

Cəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Read More »