Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş gizir Elnur Faiq oğlu Rüstəmov dəfn edilib. Boyukmillet.com xəbər verir ki, 1989-cu il təvəllüdlü baş gizir Elnur Faiq oğlu Rüstəmov Xaçmazın Əbilyataq kəndində torpağa tapşırılıb. Məlumat üçün bildirək ki, 33 yaşılı şəhid ailəli idi, 3 övladı var. E.Rüstəmov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın …
Read More »Ermənilərin təxribat xarakterli əməllərinə baxmayaraq Ağdamda minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə xüsusi təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları zamanı düşmənin qadağan olunmuş üsullardan istifadə etməklə ərazilərin minalanmasını, heç bir standart, norma gözləməyərək əraziləri çox ciddi şəkildə minaladığı müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, ermənilərin bütün təxribat xarakterli əməllərinə baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə …
Read More »Ermənistanın artilleriya qurğularının və postlarının məhv edilməsi görüntüləri yayılıb
Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının və döyüş mövqelərinin məhv edilməsi görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntülərdə Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının və döyüş mövqelərinin məhv edilməsi əks olunub. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan …
Read More »Lerikdə şəhidin dəfn mərasimi keçirilib
Lerikdə şəhidin dəfn mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, rayonun Əvilə kəndində doğulub boya başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıqov doğulduğu kənddə torpağa tapşırılıb. Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib, şəhidin ruhuna dualar oxunub. Qeyd edək ki, şəhid …
Read More »Kreml: “Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması üçün səylərini əsirgəmir”
“Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması üçün səylərini əsirgəmir”. “Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. “Təbii ki, Prezident Putin sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərini əsirgəmir və bu səylər davam edir”, – Peskov bildirib. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. …
Read More »Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. “Bu əməllərin qarşısının dərhal alınması məqsədilə …
Read More »Beynəlxalq səyyahların Qarabağa səfəri davam edir
Beynəlxalq səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, səyyahlar ötən gün Şuşa şəhərində və Ağdam rayonunda olublar. Bu gün isə onlar Füzulinin Alxanlı kəndində yerləşən qədim məscidə baş çəkiblər. Qonaqlara işğal dövründə dağıdılmış və içində heyvan saxlanılmış bu məscid haqqında ətraflı məlumat verilib. Səfər proqramına Füzuli Beynəlxalq Hava Limanı və Xocavənd rayonunda yerləşən Azıx …
Read More »Almaniyalı səyyah: “Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram”
“Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan almaniyalı səyyah Yorqan Keller deyib. O, yolboyu tamamilə məhv edilmiş, yerlə-yeksan edilmiş binaları gördüyünü vurğulayıb. Gördüyü mənzərələrdən kədərləndiyini bildirən səyyah qeyd edib ki, sevindirici hal azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsidir. “Mən, əsasən, konfliktlərin çox olduğu, əlçatmaz …
Read More »Şuşada “ASAN xidmət” mərkəzi gələn il fəaliyyətə başlaya bilər
“Şuşada yaradılacaq “ASAN xidmət” mərkəzinin tikinti-təmir işləri gedir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir. Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da “ASAN xidmət” mərkəzlərinin yaradılması məsələsinə baxılacağını diqqətə çatdırıb.
Read More »Daha 3 qazi müalicə məqsədi ilə Türkiyəyə göndərilib
“YAŞAT” Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib Ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu müalicə məqsədilə “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Onlardan ikisi – Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar. Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
