Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb. “Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq. BMT-nin bayrağı azad Şuşada …
Read More »Şuşa və Ağdama avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılır
Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, sərnişinlər biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər. Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 64 reys həyata keçirilib, 2 800-dən çox sərnişin daşınıb. Marşrutların təhlili, həmçinin tələbat …
Read More »Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir
Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq axtarış tədbirləri aparılır. Qeyd edək ki, Müdafiə Nazirliyinin martın 5-də yaydığı məlumata …
Read More »Şuşadan Xankəndi istiqamətində dövlət himni və “Koroğlu” üvertürası səsləndirilib
Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən azan verilib. Boyukmillet.com xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib. Bundan başqa, Şuşadan Xankəndi istiqamətində səsgücləndirici vasitəsilə Azərbaycanın Dövlət Himni, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası da səsləndirilib.
Read More »Şuşadan Xankəndi istiqamətində azan səsləndirilib
Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən Sübh namazına azan verilib. Boyukmillet.com xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib. Bundan başqa, gün ərazində səsgücləndirici vasitəsilə Şuşadan Xankəndi tərəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürası da səsləndirilir. Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada Yuxarı …
Read More »Azərbaycan Prezidenti azad olmuş ərazilərdə erməni vandallıqları ilə bağlı BMT rəsmisini məlumatlandırıb
“İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyiniz üçün sizə minnətdaram. Bilirəm ki, Ağdamda olmusunuz və dağıntının miqyasını öz gözlərinizlə görmüsünüz. Sizi əmin edə bilərəm ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir. Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev martın …
Read More »Əli Əsədov və Samir Nuriyevin azad olunan ərazilərə səfəri başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində …
Read More »Rusiyanın “Nebojena” “Telegram” kanalı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib
“Əslində SSRİ-nin tənəzzülü bu günə qədər davam edir. Hələ də milli respublikalarda kommunistlərin çəkdiyi süni sərhədlər boyu müharibələr davam edir. Bu süqutun nə vaxta qədər davam edəcəyini bir Allah bilir”. Bu barədə “Nebojena” “Telegram” kanalının Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar paylaşdığı məqalədə bildirilir. “1992-ci ildə, I Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri Xocalı şəhərini ələ keçirmiş, burada qırğınlar törətmiş, …
Read More »Xocalı soyqırımından 30 il ötür
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Boyukmillet.com-un məlumatına görə, Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər …
Read More »Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır”
“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır, lakin bunun üçün ədalət, o cümlədən Xocalıya münasibətdə ədalət bərqərar olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib. “Vətən müharibəsinin gedişində məlum idi ki, Ermənistan öz strategiyasını dəyişməyib. Ermənistan dinc və gecə vaxtı yatan azərbaycanlılara …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
