Bazar , 7 Dekabr 2025

Qarabağ

Vətən müharibəsi şəhidi Daşkəsəndə anılıb

Daşkəsən rayonunda Vətən müharibəsi Şəhidi Novruz İsmayılovun anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Şəhidin yaxınları ilə yanaşı, qazilər, ictimaiyyət nümayəndələri hüquq mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun eləcədə Şəhid Novruz İsmayılovun göstərdiyi şücaətdən …

Read More »

Kürdəmirdə Zəfər Günü qeyd edilib

8 Noyabr – Zəfər Günü Kürdəmirdə izdihamla qeyd edilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclərdən ibarət olan hərbi şahin dəstələri sıra yürüşü keçirib. Hərbi vətənpərvərlik mövzusunda meydanlarda yaşanan maraqlı anlar yerli sakinlərin də böyük marağına səbəb olub. Sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışdı, eynilə ötən ilin bu …

Read More »

Ağcabədidə Zəfər Günü qeyd olunub

Ağcabədi rayonunda Zəfər Günü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev meydanında keçirilən tədbirdə yüzlərlə rayon sakini iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən I Qarabağ müharibəsi zamanı 1993-cü ildə Xocavənd rayonunda şəhid olan Camal İbrahimovun bacısı Nüşabə İbrahimova bildirib ki, Zəfər …

Read More »

Ali Baş Komandan Azərbaycan Ordusuna yeni qələbələr arzulayıb

“Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib. “Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – Prezident …

Read More »

Prezident: “Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik”

“Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq”. Boyukmillet.com- un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında …

Read More »

Lənkəranda Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

Lənkəranda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq şəhidlərin xatirəsi anılıb. Anım mərasimində rayon rəsmiləri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları ilk olaraq yenidən qurulan Şəhidlər xiyabanı xatirə kompleksində adları əbədiləşdirilən lənkəranlı şəhidləri ziyarət etdilər. Abidə önünə tər güllər düzülüb, …

Read More »

Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-lar 900-ə yaxın hədəfi məhv edib

“Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatı 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “TRTHaber” kanalı 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin istehsalı olan pilotsuz uçan aparatlarla (PUA) bağlı yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir: “Türkiyə PUA-larının bu bacarığı dünya miqyasında savaş kansepsiyasını …

Read More »

Gəncədə Zəfər Günü qeyd olunur

Gəncədə Zəfər Gününə həsr olunan silsilə tədbirlərə başlanılıb. Boyukmillet.com “Report”un Qərb bürosunun məlumatına istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq şəhər sakinləri şanlı bayraqlarla bəzədilmiş avtomobilləri ilə mərkəzi küçə və prospektlərdə avtoyürüş keçiriblər. Gəncənin İstiqlal parkında 8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbirində Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə …

Read More »

Xızıda şəhidin anım mərasimi keçirilib

Xızı rayonunda Vətən müharibəsi şəhidi Kərim Əliyevin xatirəsi yad edilib. Boyukmillet.com xəbərverir ki, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Fındığan kəndində keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, qazilər, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, Fındığan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər. Mərasimdə K.Əliyevin döyüş yolundan danışılıb, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən bəhs olunub. Daha …

Read More »

Azərbaycan Prezidenti: “Azad olunmuş ərazilərin yerlə-yeksan edilməsi barbarlığın təzahürüdür”

“Hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən deyib. “Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımızı, keçmiş qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət …

Read More »