Cümə axşamı , 16 Yanvar 2025

Qarabağ

Şuşada aşkarlanan meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə əsir saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir 

“Şuşa türməsinin ərazisində aşkar olunan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir”. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb: “Ötən dövr …

Read More »

Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.  Boyukmillet.com xəbər verir ki, müraciəti Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”, – dövlət başçısının müraciətində bildirilib.  Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, …

Read More »

ANAMA rəhbəri: “Minalar sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”

“Minalar və müharibənin digər partlayıcı qalıqları dünyanın bir çox ölkələrində sülh, inkişaf və tərəqqi üçün ən ciddi təhdidlərdən biri olaraq qalır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib. “Biz bu gün Ağdamdayıq. Bir vaxtlar gözəl olan …

Read More »

XİN rəhbəri: “Azərbaycan ərazisində minalar hər gün insan ölümünə səbəb olur”

“Azərbaycan ərazisinin kütləvi şəkildə minalarla çirklənməsi və bununla paralel Ermənistanın minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi ciddi humanitar təhlükədir və demək olar ki, hər gün insan ölümünə səbəb olmaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib. “Azərbaycan Ermənistana münaqişədən sonra normallaşma proqramını təklif edib. Tərəflər bir-birinin …

Read More »

Nikol Paşinyan: “Ermənistan Azərbaycanın 86,6 min kvadrat km-lik ərazi bütövlüyünü tanıyıb”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində deyib. O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. “Üç gün əvvəl Aİ Şurasının …

Read More »

Tanınmış səyahətçilər Laçına gəliblər

“Club 100” təşkilatının 30-dan çox səyahətçidən ibarət nümayəndə heyəti bu gün Laçına gəlib. Boyukmillet.com xəbər verir ki, səyahətçilər ötən gün Füzuli və Ağdamda olublar. Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfəri başlayıb. Nümayəndə heyəti Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan …

Read More »

Tanınmış səyahətçilər Azıx mağarasında olublar

“Club 100” təşkilatının 30-dan çox səyahətçidən ibarət nümayəndə heyəti Xocavənd rayonunun Azıx mağarasında olub. Boyukmillet.com xəbər verir ki, səyahətçilərə mağaranın tarixi haqqında ətraflı məlumat verilib. Turistlərə Məmmədəli Hüseynovun 1968-ci ildə burada aşkar etdiyi qədim insan qalıqlarının unikal tapıntı olduğu və işğal dövründə ermənilərin qiymətli artefaktları qeyri-qanuni yolla çıxarmaqla beynəlxalq konvensiyaları pozduqları bildirilib. Azıx mağarası Azıx kəndi yaxınlığında, dəniz səviyyəsindən 1400 …

Read More »

Tanınmış səyahətçilər Füzulidə aparılan bərpa işləri ilə tanış olublar

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının 30-dan çox üzvündən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib. Boyukmillet.com xəbər verir ki, qonaqlar Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntılarla tanış olublar. Səyahətçilərə “Böyük qayıdış” dövlət proqramı, eləcə də bərpa işlərinin gedişi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Füzuli kənd təsərrüfatının inkişafı üçün əlverişli rayondur. Nümayəndə heyəti Azərbaycan hökumətinin keçmiş məcburi …

Read More »

Prezident İlham Əliyev Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş …

Read More »

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik …

Read More »