Bazar , 29 Sentyabr 2024

Region

NATO Baş katibi Ermənistan XİN rəhbəri ilə görüşəcək

NATO Baş katibi Yens Stoltenberq yanvarın 23-də Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib. Görüş NATO-nun Brüsseldəki mənzil – qərargahında keçiriləcək. Tərəflərinin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir. Xatırladaq ki, daha əvvəl NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfər etmişdi.

Read More »

Ermənistanda bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətə cəlb olunacaqlar

Ermənistanda bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətə cəlb olunacaqlar. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu həmin ölkənin hərbi prokuroru Qriqor Elizbaryan yerli İctimai TV-nin efirində deyib. O, qeyd edib ki, Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı 15 hərbçinin ölümünə görə cavabdehlik daşıyanların hamısı qanunun bütün ciddiliyi ilə məsuliyyətə cəlb …

Read More »

Çavuşoğlu: “Özümü 20 ildir Can Azərbaycana xidmət üçün səfərbər etmişəm”

“Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana xidmət etmək üçün 20 ildir səfərbər etmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı türk icması və fəalları ilə görüşündə deyib. “20 illik siyasi fəaliyyətimdə ölkəmə, millətimə xidmət etmək mənim üçün bir şərəfdir”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb. Mövlud Çavuşoğlu Axısxa türklərinin hələ keçmiş …

Read More »

Rusiya Yeni Zelandiyadan olan 31 hökumət rəsmisi və jurnalistin ölkəyə girişinə qadağa qoyub

Rusiya cavab tədbiri olaraq Yeni Zelandiyadan olan 31 hökumət rəsmisi və jurnalistin ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağan qoyub. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Yeni Zelandiyanın anti-Rusiya siyasətinə cavab olaraq “stop-list”in yenilənməsi üzrə işlər davam etdiriləcək”, – məlumatda deyilir.

Read More »

Ermənistanda hərbi hissədə yanğın olub, ölənlər və yaralananlar var

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün yataqxanasında gecə saat 01:30 radələrində yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var. Hadisənin səbəbi müəyyənləşdirilir.  

Read More »

Türkiyə və ABŞ ikitərəfli ticarət həcmini 100 milyard dollaradək artırmaq niyyətindədirlər

Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdən sonra mətbuat açıqlamasında bildirib. “Strateji mexanizm çərçivəsində ildə ən azı iki dəfə nazirlərin görüşlərinin keçirilməsi barədə razılığa gəldik. Energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə uzlaşdıq. Həmçinin ölkələrimiz arasında …

Read More »

NATO nümayəndəsi Nikol Paşinyanla Cənubi Qafqazdakı durumu müzakirə edib

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib. NATO nümayəndəsi qeyd edib ki, Alyans regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Qeyd edək ki, X.Kolomina Ermənistanda səfərdədir. O, daha əvvəl Ermənistan XİN başçısının müavini Vahe Gevorqyanla görüşüb.

Read More »

Ermənistanın hakim partiyasının deputatı: “Azərbaycanlılarla Qarabağdakı ermənilərin birgəyaşayışı mümkündür”

“Azərbaycanlılarla Qarabağdakı ermənilərin birgəyaşayışı mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Qurgen Arsenyan “news.am” yutub kanalına müsahibəsində uyğun suala cavabında bildirib. “Bu, əlbəttə, mümkündür. Çünki biz (Ermənistan hakimiyyətini nəzərdə tutur – red.) məsələyə bir-birimizi məhv etmək nöqteyi-nəzərindən baxmırıq” – o, vurğulayıb. Deputatın sözlərinə görə, problemi həll etmək lazımdır, daim şiddətləndirmək deyil.

Read More »

Zelenski helikopter qəzasının səbəblərinin araşdırılması barədə göstəriş verib

“Bu gün Kiyev vilayətinin Brovarı rayonunda dəhşətli faciə baş verib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 18-də ölkəsinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı açıqlamasında bildirib. O, faciə qurbanlarının sayının dəqiqləşdirildiyini vurğulayıb. Dövlət başçısı hadisə ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis və başqa səlahiyyətli orqanlara hadisənin araşdırlması ilə bağlı göstəriş verdiyinin bildirib. Ukrayna Prezidenti faciə …

Read More »

İtaliya XİN: Türkiyə Ukraynada sülhün əldə olunmasında həlledici rol oynaya bilər

Türkiyə BMT, Vatikan, Çin və ABŞ ilə birlikdə tərəfləri (Rusiya və Ukraynanı-red) Ukrayna üzrə danışıqlara başlamağa sövq etməkdə həlledici rol oynaya bilər ki, bu da öz növbəsində atəşkəsə və mümkün sülhə gətirib çıxaracaq. Boyukmillet.com  xəbər verir ki, bu fikri bazar ertəsi İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Baş nazirin müavini Antonio Tayani “Radio 1”in efirində bildirib. “Türkiyə çox şey edə …

Read More »